Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (7-04-2014, 10:32)
Macarıstanda baş nazir seçkini uddu

Macarıstanda aprelin 6-da keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb

Mediatv.az  “Media forum”-a istinadən xəbər verir ki, mühafizəkar sağları təmsil edən hakim Vətəndaş İttifaqı Partiyası (FİDES) 66,83% səslə inamlı qələbə qazanıb. Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi partiya 133 mandat götürüb.
Sosialist Partiyasının başçılığı ilə qurulmuş sol liberal blok 19,1% səs toplayaraq 38 mandat alıb. Ultrasağ Yobbik Partiyası (11,56% səs, 23 mandat) və Yaşıllar Partiyası (2,51% səs, 5 mandat) sonrakı yerləri tutublar.
Beləliklə, 2010-cu ildən baş nazir postunu tutan Viktor Orban yenidən təkbaşına hökumət qurmaq hüququ əldə edib. O, 1998-2002-ci illərdə də Macarıstanın baş naziri olub.
Onu da qeyd edək ki, iki il öncə Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ekstradisiya olunmasından sonra baş nazir Viktor Orban öz ölkəsində və bəzi Avropa qurumlarında ciddi tənqid dalğasına məruz qalmış, reputasiyası zədə almışdı. Görünür, o öz seçicilərini həmin qərarının Macarıstan üçün faydalı olduğuna inandıra bilib. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024