Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Karusel (14-08-2015, 17:50)
Rusiya “Əsədsiz Suriya” fikriylə razılaşıbmı?

“Əsədin aqibəti ilə bağlı biz öz fikirlərimizi konkret şəkildə dilə gətirdik. Rusiya bu fikirlərə qarşı heç bir alternativ ortaya qoymadı. Onlar üçün önəmli olan Suriyanın dövlət formasının qorunmasıdır və bu məsələdə onunla həmfikirik. Biz də buna çalışır, səy göstəririk. Rusiya tərəfinə dövləti çökdürənin, parçalamağa çalışanın rejimin özü olduğunu söylədik”

 

Bu sözləri Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyasının sədri Xalid Xoca Anadolu Agentliyinə açıqlamasında deyib. Rusiya rəsmiləriylə görüşlərindən danışan Xoca Kreml tərəfindən gözlədiklərindən daha anlayışla qarşılandıqlarını etiraf edib: “Bu ziyarət Lavrovla ilk görüşümüzdü. Gözlədiyimizdən  daha pozitiv keçdi. Bundan sonra da danışıqlarımız davam edəcək. Suriya mövzusuyla maraqlanan digər beynəlxalq güclərin nümayəndələriylə də görüşlərimiz olacaq. Suriya müxalifəti və başqa siyasi müxalifətlə də danışıqlar aparacağıq. İnşallah, çox yaxın zamanda bütün Suriya müxalifətini bir araya gətirən toplantımız olacaq. Bu toplantıda Cenevrə-3-də və ya digər siyasi müzakirələrdə ortaq mövqemiz müəyyənləşdiriləcək. "
Xalid Xoca keçirdiyi görüşlər barədə təəssüratlarını ümumiləşdirərək bildirib ki, tərəflərin düşüncələri 100  faiz üst-üstə düşməsə də, ziyarət əsnasında Rusiyanın məsələlərə anlayışla yanaşdığını görüb: “Bu anlayış sürdürülərsə, siyasi həll prosesinə də kömək edəcək”.
Suriya müxalifətinin lideri Putinlə görüşlərindən də bəhs edib. O, Rusiya prezidentinin terrorla mübarizə təklifinə Suriya nümayəndə heyətinin “bu məsələ Əsəd sonrası mexanizminin işidir” şəklində cavab verdiyini bildirib.
Xatırladaq ki, Putinin İŞİD-lə mübarizə təklifi sözügedən görüşdən bir müddət öncə gündəmə gətirilmişdi. Təklifdə mübarizənin 3 qüvvə tərəfindən aparılması, bu qüvvələrdən birinin Suriya və İraq rejimləri, digərlərinin isə kürd  separatçıları və başqa müxalif qüvvələr olması fikri önə çəkilmişdi. Əslində Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyası da həmin təklifdəki “başqa müxalif qüvvələr” timsalında Moskvaya dəvət olunmuşdu. Görünən budur ki, Rusiyanın 3-cü sac ayağı olaraq gördüyü qüvvələrdən biri onun təklifini qəbul etməyib, İŞİD-lə mübarizəni Əsəd sonrası dövrə saxlanılmasını istəyib. Bu isə faktiki olaraq, Rusiyanın indiyə qədərki mövqeyiylə üst-üstə düşmür və Kremlin öz mövqeyindən asanlıqla geri çəkilmək təcrübəsi yoxdur. Xalid Xocanın Moskvadakı görüşlərdən nə üçün ümidlə ayrıldığı bu mənada anlaşılan deyil.
Olmaya, Rusiya Bəşər Əsədi qurban verməyə hazırlaşır? Bu sualın cavabı bir müddət sonra bəlli olacaq. (strateq.az)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024