Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd / Redaktor seçimi (29-10-2024, 08:29)
Tenderlər qalibi olan “Dostluq H-EL” MMC hansı GENERALINDIR?

 

Ölkəmizdə tenderlərlə bağlı problemlərin olduğu dövlət rəsmiləri tərəfindən də qeyd edilir. O da bir çoxlarımıza məlumdur ki, müxtəlif sahələrdə, xüsusilə də infrastruktur layihələrində tenderin qalibləri "əvvəlcədən müəyyənləşdirilmiş" olur. Tenderlər zamanı müqavilələrin eyni bir mənbə ilə bağlanması hallarının tez-tez baş verdiyi  qəbuledilməz hal kimi qiymətləndirilir.
Tenderlərlə bağlı mövcud vəziyyət artıq dövlət rəsmiləri tərəfindən qeyd edilirsə, demək, bu problem həqiqətən də mövcuddur və çox ciddidir.Bu barədə demək olar ki, bütün iqtisadçı-ekspertlərin fikirləri eynidir. Onlar bildirirlər ki, dövlət şirkətlərinin keçirdiyi tenderlərin hamısı formal xarakter daşıyır.İstənilən dövlət şirkətinin keçirdiyi tender araşdırılsa, həmin layihələri udan şirkətlər ya tender elan edən şirkətin rəhbərinin öz şirkətidir, ya da ona yaxın adamların şirkətləridir. Layihə hansısa işin səmərəliliyini artırmaq üçün həyata keçirmirlər. Sadəcə layihələri yalnız büdcədən pul mənimsəmək, pul oğurlamaq üçün həyata keçirirlər.İstənilən tender qaliblərinin tender şərtlərində tələb olunduğu kimi, texniki və maliyyə imkanlarının nəzərə alınması, görüləcək iş və ya xidmətlərin keyfiyyət və qənaətcilliyi xüsusi komissiyalar vasitəsilə ciddi araşdırmalardan sonra tərəflər arasında bağlanmış müqavilənin icrasına rəy verilə bilər.  Bəli, bu gününmüzün prioritet mövzularından biri olan tender probleminin reallıqda həll edilməsi üçün nəzarət mexanizminin olması  zəruriyyəti yaranmışdır.Bir mətbu orqan olaraq hesab edirik ki, tenderlərə nəzarət üzrə hansısa bir qurum yaradılmalıdır və bu sahədə də şəffaflıq təmin edilməlidir.Bu yaxınlarda Mediatv.az xəbər portalında Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub?(https://mediatv.az/sosial/120424-antiinhisar-agentliyi-goranboy-suvarma-daresinin-sisirtdiyi-qiymetlere-bes-niye-goz-yumub-de-fakto.html) sərlövhəli məqalə dərc olunmuşdu.Həmən məqalədə Goranboy Suvarma Sistemləri İdarəsinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini kobud şəkildə pozaraq, 3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində (D=1020x10mm,L=9.0 km) boru xəttinin təmiri işlərinin satın alınması üzrə 309.997,2 manat məbləğində “Dostluq H-EL” MMC ilə satınalma müqaviləsi bağlamasından bəhs edilir.Eyni zamanda internet üzərindən araşdırma apardıqda bu il  “Azərenerji" ATSC “Elektrik Stansiyalarında istifadə olunacaq müxtəlif energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və yenilərinin tədarük olunması)”üçün “Dostluq H-EL” MMC -yə 2 979 522 manat ödəməli olacağından bəhs edilir.
  Bu günlərdə  Mediatv.az-ın elektron poçtuna “Dostluq H-EL” MMC ilə bağlı şikayət mktubu daxil olub.Şikayət məktubunda deyilir: "Oktyabrın 10-da derc etdiyiniz xəbərdə adı çəkilən "Dostluq H-EL" şirkəti ilə bağlı bizimdə narazılığımız var. Xəbərdə adı hallanan Mehdi Babayev əslində aysberqin görünən tərəfidir. Bütün işləri demek olar şirkətin əvvəlki qanuni təmsilçisi Şərifov Elçin Fərman oğlu idarə edir. Artıq 2 ildən çoxdur ki bu şirkət bir çox işçinin əmək haqlarını ödəmir, 100 min manatdan artıq vergi borcu olduğu halda tenderlərə qatılır ve 'udur'. Öz pulunu istəyən işçilərə isə Şərifov tərəfindən hədə-qorxu gəlinir. Bu MMC ilə bağlı dəfələrlə şikayet edilib. Ancaq hələdə maaşını ala bilməyən işçilər var. Xahiş edirik bu məsələni işıqlandırasız. Biz bildiyimiz qədər şirkətin əsl sahibi Şərifov Elçinin yaxın dostu ehtiyatda olan generaldı.Hansı ki Elçin Şərifov ona arxayın olub istədyini edir".
  Biz də Mediatv.az olaraq bu məsələlərə aydınlıq gətirmək üçün gün ərzində dəfələlərlə Elçin Şərifovla əlaqə saxlamağa cəhd etdik.Lakin zənglərimiz cavabsız qaldı...
  Araşdırmamız davam edir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024