Karusel / Redaktor seçimi (19-11-2024, 14:43)
CƏBRAYIL XANLAROV ÖZÜNƏ MƏXSUS İKİ ŞİRKƏTƏ YENƏ 5 MİLYONLUQ SİFARİŞ VERDİ
b
Noyabrın əvvəllərində Əyalətmedia.az Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən keçirilmiş iki tenderin nəticəsi barədə məqalə yaymışdı. Məqalədə sözügedən qurumun bir nəfərə məxsus iki şirkətlə satınalma müqaviləsi bağlamağı planlaşdırdığını açıqlamışdıq.
Dövlət satınalmalarının vahid internet portalına dünən yerləşdirilən məlumatda Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tenderi yekunlaşdırdığını və “Təməl Tikinti” MMC və “Hidroqazma” MMC-lərin qalib olduğunu elan edib. Sözügedən məqalədə ətraflı araşdırmadan sonra mövzuya bir daha qayıdacağımızı bildirmişdik.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti 25.10.2024 və 28.10.2024-cü il tarixlərdə dövlət satınalmalarının vahid internet portalında iki bildiriş yerləşdirib.
28 oktyabr 2024-cü il, yerləşdirilmiş bildirişdə Şamaxı, Ağsu və İsmayıllı rayonlarında 69 ədəd fərdi yaşayış evlərinin bərpası və 1 ədəd fərdi yaşayış evində drenaj xəttinin çəkilməsi, üzrə keçirilmiş açıq tenderin nəticəsinə görə qurum “HİDROQAZMA” MMC-ni qalib seçib və təchizatçı ilə 4.252.112,04 manat məbləğində satınalma müqaviləsi imzalamağı planlaşdırdığını açıqlayıb.
25 oktyabr 2024-cü ildə yerləşdirilmiş bildirişdə cənub bölgəsində 11 ədəd fərdi yaşayış evinin tikintisi, Bərdə rayonunda 1 ədəd fərdi yaşayış evinin bərpası, Şəki şəhərində 1 ədəd fərdi yaşayış evinin təmiri və istinad divarının tikintisi (13 ev),üzrə keçirilmiş açıq tenderin nəticəsinə görə qurum “Təməl Tikinti” MMC qalib seçib və təchizatçı ilə 1.076.821,76 manat məbləğində satınalma müqaviləsi imzalamağı planlaşdırdığını açıqlayıb.
Bu məlumatlar ətrafında apardığımız araşdırmada ortaya maraqlı məqamlar çıxdı. Belə ki, Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətin tenderlərdə qalib seçdiyi hər iki MMC bir nəfərə məxsusdu. O, kimdir?
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Hidroqazma” (VÖEN:1005178991) Məhdud Məsuliyyətli Cəmiyyətinin 31.01.2018-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ADİL MƏMMƏDOV 9 MKR, ev 11, m. 83, qanuni təmsilçisi kimi isə Abdullayev Bəylər Tanrıverdi oğlu qeyd olunub.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "TƏMƏL TİKİNTİ" (VÖEN:1006377091) Məhdud Məsuliyyətli Cəmiyyətinin 12.02.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ADİL MƏMMƏDOV 9 MKR, ev 11, m. 83, qanuni təmsilçisi kimi isə Abdullayev Bəylər Tanrıverdi oğlu qeyd olunub.
Dövlət Vergi Xidmətinin rəsmi məlumatlarından da göründüyü kimi MMC-nin ikisi də Abdullayev Bəylər Tanrıverdi oğluna məxsusdu. Bəs bu MMC-lərlə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətini daha nə kimi tellər bağlayır?
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti 2021-2022-ci illərdə Şamaxı rayonunda fərdi yaşayış evlərində bərpa işlərinin aparılması üzrə “Hidroqazma” MMC ilə dəyəri yüzminlərlə olan 5 satınalma müqaviləsi bağlayıb.
Sözügedən qurum "TƏMƏL TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyətilə isə 2021-2024-cü illərdə Şamaxı, Şabran, Ağsu, İsmayıllı, Astara, Lerik, Yevlax rayonlarında fərdi yaşayış evlərinin tikintisindən tutmuş, artezian quyusunun qazılması işlərinə qədər 20 açıq tenderin qalibi olub. Onlardan 10 satınalma müqaviləsi bu ilin 9 ayı ərzində bağlanılıb.
Qeyd edək ki, ""Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti 4.252.112,04 manat dəyəri olan tenderdə qalib seçdiyi “HİDROQAZMA” MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.
"TƏMƏL TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti isə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə 05.06.2020-ci ildə lisenziya alıb.
Bu MMC-lərin satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarı üzrə, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması meyyarı üzrə (işçilərin tələb olunan sertifikatlar), satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı üzrə, nəqliyyat vasitələri və xüsusi texnikaları varmı, sual altındadır.
Bir nəfərə məxsus iki şirkətin Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinin keçirdiyi tenderlərin daim qalib olmasını artıq işbirliyi hesab etmək olar ki, bu da bir çox suallar yaradır. Kimə məxsusdur bu şirkətlər? Həqiqətənmi MMC-lərin qanuni təmsilçisi Bəylər Abdullayevə, yoxsa Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli generallarından birinə...
Əldə etdiyimiz məlumatlara görə şirkətlər birbaşa Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova bağlıdır. Qeyd edək ki, elektron mediada və sosial platformalarda Cəbrayıl Xanlarovun oğlu Nazim Xanlarovun ölkədə və ölkə xaricində geniş biznes şəbəkəsinin olduğu barədə təkzibolunmaz məlumatlar var. Əldə etdiyimiz məlumatlara görə həmin beznes şəbəkəsinin maliyyə mənbələrindən biri də Abdullayev Bəylər Tanrıverdi oğlununn adına yaradılmış bu şirkətlərdir. Rəsmi dövlət qurumlarından əldə etdiyimiz məlumatlardan da görsəndiyi kimi Cəbrayıl Xanlarov bu şirkətlərin hesabına bir çox rayonlarında qəzalı evlərin təmir, bərpası, fərdi yaşayış evlərinin tikintisi adı altında milyonlarla manat vəsait köçirib. Bu vəsaitlərin neçə faizi təyinatı üzrə xərclənib Cəbrayıl Xanlarovun, oğlu Nazim Xanlarovun və şirkətlərə formal rəhbərlik edən Bəylər Abdullayev həyat tərzində özünü göstərməkdədir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024