Sosial (Dünən, 23:31)
Kəmaləddin Qafarovun şirkəti cərimə edilir
"Azəri Med" Qapalı Səhmdar Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır.
Milli Məclisin deputatı Kəmaləddin Qafarov "Azəri Med" Qapalı Səhmdar Cəmiyyətinin sahibi kimi tanınır. K.Qafarovun ən böyük dərman firması "Azəri Med"dir. "Azəri Med" (VOEN 1500072561) 2004-cü ildə təsis edilib. Qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.
Deputatın həmçinin "Kanon” MMC, "Mega Pharmacy” MMC, "Azəri Med MNK” MMC, "Versal” MMC, "Versal Palace” MMC, "Naturalist” firmasına da nəzarət etdiyi deyilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024