Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Slayd (19-06-2015, 14:47)
“Türk axını” memorandumu imzalandı

 

Bu gün Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum zamanı Rusiya ilə Yunanıstan arasında “Türk axını” qaz kəməri layihəsinə dair anlaşma memorandumu imzalanıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sənədi Rusiya tərəfdən energetika naziri Aleksandr Novak və onun yunan həmkarı Panayiotis Lafazanis imzalayıblar. Bu, “Türk axını” layihəsinə dair imzalanan ilk rəsmi sənəddir.

Aleksandr Novak bildirib ki, Yunanıstana qədər uzanacaq kəmərin illik gücü 47 milyard kubmetr olacaq. Onun sözlərinə görə, layihənin inşası üzrə Yunanıstana lazım olacaq vəsaitin hamısını Rusiya kredit şəkilində ayıracaq.

Yunanıstanın energetika naziri Lafazanis bəyan edib ki, müqavilə Avropa İttifaqına qarşı yönəlməyib.

Rusiyanın energetika naziri bir gün əvvəl deyib ki, “Türk axını”nın dəniz hissəsinin tikintisi bu ayın sonunda başlayacaq. Onun sözlərinə görə, baza variantı kimi kəmərin Yunanıstan, Makedoniya, Serbiya və Macarıstandan keçməsi planlaşdırılır. Daha sonra kəmərlə nəql olunacaq Rusiya qazı Avstriyanın Baumqarten regionunda paylanma məntəqəsinə daxil olacaq.

Bununla belə Novak kəmərin tikintisinin Avropa İttifaqının mövqeyindən asılı olacağını da vurğulayıb.

Xatırladaq ki, “Türk axını” marşrutunun bir hissəsi Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizini təkrarlayır. Kəmər Türkiyənin Yunanıstanla sərhədinə TANAP kəməri ilə eyni məntəqədə çıxmalıdır.

Habelə Azərbaycan qazının nəqli üçün seçilən TAP kəməri layihəsinin əsas tranzit ölkəsi olan Yunanıstan son zamanlar bu layihəyə əngəllər yaratmağa, Azərbaycanla əldə edilmiş energetika razılaşmalarına yenidən baxmaq barədə xəbərdarlıqlar etməyə başlayıb.

Eyni vaxtda yunan solçu hökuməti Rusiya prezidenti Vladimir Putinlə sıx təmasa keçib. Putin Yunanıstanı “Türk axını” layihəsinə qoşmaq üçün Afinaya maliyyə yardımı, habelə kəmərin tikintisi üçün kredit vəd edib. Avropa İttifaqı ilə borc danışıqlarının dalana girdiyi bir vaxtda Yunanıstan baş naziri Aleksis Tsipras Rusiyaya səfər edərək Putinlə anlaşıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024