Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (10-06-2015, 12:38)
“Qaz savaşında“ Azərbaycana qarşı yunan təxribatı

 

Azərbaycan qazının Avropa bazarlarına çıxışını ləngidə biləcək daha bir hadisə baş verib

Və bu dəfə də Azərbaycanın Avropa üçün strateji əhəmiyyət kəsb edən qaz ixracı marşrutuna yaradılan maneədə Yunanıstanın əli var.
Virtualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, Bolqarıstan və Yunanıstan bu ölkələrin qaz kəmərləri sistemini birləşdirən kəmərin tikintisinə dair investisiya razılaşmasının imzalanmasını qeyri-müəyyən səbəbdən təxirə salıblar.
Sənədin imzalanması iyunun 12-də nəzərdə tutulurdu. İmzalanmanın təxirə salındığı haqda Bolqarıstanın energetika nazirinin müavini Jeço Stankov məlumat verib.
“Ümid edirəm ki, Yunanıstanla qaz kəmərinin tikintisinə dair yekun investisiya razılaşmasının imzalanması iyunun sonuna qədər baş tutacaq. Nazirlər Temenjuk Petkova və Panayiotis Lafazanis imzalanmanın yeni tarixini Sankt-Peterburqda keçiriləcək Beynəlxalq iqtisadi forum zamanı müzakirə edəcəklər”- deyə Stankov bildirib.
Nazir müavini imzalanmanın hansı səbəbdən təxirə salındığını açıqlamayıb.
Yunanıstanla Bolqarıstanın qaz kəmərləri sistemini birləşdirən kəmərin tikintisi 2016-cı ilin martında başlamalı idi, kəmərin istismara verilməsi 2018-ci ilə nəzərdə tutulur.
Həmin kəmər Transadriatik Qaz Kəmərinin (TAP) Yunanıstandan keçən hissəsinə birləşməlidir və onunla Bolqarıstan Azərbaycandan hər il 1 milyard kubmetrə yaxın qaz almağı planlaşdırır. Müvafiq alqı-satqı müqaviləsi Bolqarıstan hökuməti ilə “Şahdəniz” konsorsiumu arasında imzalanıb.
Komotini-Xaskovo-Stara Zaqora qaz kəmərinin uzunluğu 182 kilometr olacaq, kəmərin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin tikintisinin 210 milyon avroya başa gələcəyi planlaşdırılır, o, ildə 3 milyard kubmetr qaz nəqli üçün nəzərdə tutulur. Rusiya Bolqarıstanın əsas qaz təchizatçısıdır.
Lakin Bolqarıstan Rusiyanın “Cənub axını” qaz kəmərinin tikintisini Avropa İttifaqının tələbi əsasında dayandırdıqdan sonra Moskva ilə Sofiya arasında münasibətlər pisləşib. Rusiya “Cənub axını”nı ləğv edərək onun əvəzində Türkiyə-Yunanıstan sərhədinə çıxacaq “Türk axını” kəməri layihəsini  irəli sürüb.
Bu kəmər daha sonra Yunanıstan və Balkan ölkələrindən keçərək Avropanın mərkəzinə istiqamət almalıdır. Kəmərin Bolqarıstandan keçməsi nəzərdə tutulmur. Bolqarıstan isə buna cavab olaraq Azərbaycan qazına çıxış əldə edərək Rusiyadan asılılığı azaltmağa çalışır.
Lakin indi Bolqarıstanın Azərbaycan qazına çıxışını təmin edəcək kəmərin tikintisinə dair investisiya razılaşması müəmmalı şəkildə təxirə salınır. Böyük ehtimalla bu razılaşma Yunanıstanın təşəbbüsü ilə təxirə salınıb.
Çünki Yunanıstan hökuməti TAP layihəsini ləngidir, Rusiya ilə sövdələşməyə girərək “Türk axını” layihəsinə qoşulmaq üçün danışıqlar aparır. ABŞ Afinadan tələb edir ki, bu danışıqları dayandırıb TAP-ı dəstəkləsin. Azərbaycan prezidenti İlham Əliyev isə bu günlərdə bəyan edib ki, “Şahdəniz” qazının Avropa bazarına çıxarılmasına qarşı bəzi əngəllər yaradılır və belə olarsa, Azərbaycan vəziyyətdən Türkiyə bazarında daha çox qaz satmaqla çıxmağa çalışacaq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024