Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-01-2026, 21:37)
Maduronu ələ verən əsas şəxsin kimliyi açıqlandı - Yeni DETALLAR

 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bir qrup əməkdaşı Venesuelada gizli əməliyyatlara hələ avqust ayında başlayıb. Nikolas Maduronu həbs etmək üçün onun yaxın çevrəsindən bir şəxs ələ alınıb. Həmin şəxsin prezidentin mənzillərinə məhdudiyyətsiz giriş icazəsi olub.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə "New York Times" (NYT) və CNN-də dərc edilmiş məqalələrdə qeyd olunub.

Bildirilir ki, MKİ agentlər qrupu Maduronu izləmək üçün kiçik dronlardan da istifadə ediblər.

ABŞ hökumətinin baş hərbi müşaviri Den Keyn hücumdan sonra keçirilən mətbuat konfransında bildirib ki, agentlər Maduronun necə hərəkət etdiyini, harada yaşadığını, hara getdiyini, nə yediyini, nə geyindiyini, hətta hansı ev heyvanlarına sahib olduğunu da öyrəniblər.

Keynin sözlərinə görə, Maduronun evinin ələ keçirilməsi zamanı mikrodronlardan istifadə edilib. Onlar real vaxt rejimində interyerin üçölçülü xəritəsini yaradıblar. Beləliklə, əsgərlər dəbilqə ekranlarında maneələrin, cangüdənlərin və Maduronun özünün harada olduğunu görə bilirdilər.

Lakin əsas köməkliyi MKİ-nin casusu göstərib.

NYT-ın məlumatına görə, o, Maduronun yataq otağına və seyf otağına açılan nəhəng polad qapıların kilidlənərkən qısa mexaniki gecikmə olduğunu bildirib. Cəmi bir neçə saniyəlik fürsətdən "Delta Force" şirkəti Maduroya qəfil hücum etmək üçün istifadə edib. Casus həmçinin kodlu rabitə vasitəsilə Maduronun yatdığını və mühafizəçilərinin dincəldiyini MKİ-yə ötürüb.

Ehtimal edilir ki, ABŞ-nin ötən ilin avqust ayında Venesuela Prezidentinin həbsi üçün 50 milyon dollar mükafat elan etməsi Maduronun yaxın çevrəsindəki adamlardan birinin diqqətini cəlb edib və o, casusluq etməyə razılaşıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026