Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (Dünən, 08:56)
Moldovalı milyarder Rusiyaya işləyirmiş

          
Moldovalı milyarder Rusiyaya işləyirmiş
Moldova “Landramatı” işi üzrə bu yaxınlarda Yunanıstanda yaxalanmış moldovalı milyarder Vladimir Plaxotnyuk dəfələrlə Moskvaya səfər edərək gizli danışıqlar aparıb. 

SAVASHMEDİA.az bu barədə “The İnsider” nəşrinə istinadən xəbər verir. 

Timur Olevski, Roman Dobroxotov və Xristo Qrozevin müəllifliyi, eləcə də Dmitri Qarkalyukun iştirakı ilə aparılan araşdırmaya görə, Vladimir Plaxotnyuk müntəzəm olaraq saxta adla və pasportla Moskvaya səfər edib. Bunu uçuş məlumatları və “The Insider”də mövcud olan sənədlərin surətləri sübut edir. 

Telefon dinləmələrinə görə, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak 2024-cü ilin iyun ayından Plaxotnyuk ilə danışıqlar aparıb. Kreml seçkilər ərəfəsində Moldovanın ən varlı adamının dəstəyini almağa ümid edib. Plaxotnyuk sonuncu dəfə Moskvaya 2025-ci ilin aprel ayının sonunda uçub.
 
Oliqarxın çoxlu adı

İyulun 22-də Moldovanın ən zəngin adamı Vladimir Plaxotnyuk İnterpolun sorğusu əsasında Yunanıstanda həbs edilib. O, “Moldova Landramatı” vasitəsilə Rusiyanın korrupsiya pullarının – 20 milyard dolların yuyulmasında iştirakda ittiham olunur.

Maraqlıdır ki, Moldova ilə yanaşı, onun ekstradisiyasını Rusiya da tələb edib, çünki molvalı milyarderin adı şimal ölkəsində də çirkli pulların yuyulması ilə bağlı cinayət işində keçir. 

“Bizə nəsə deyir ki, Rusiyanın sorğusu sadəcə Plaxotnyuku müdafiə və azadlıqla təmin etmək cəhdidir”, - deyə Moldova Baş Polis Müfəttişliyinin rəhbəri Viorel Cerneutsanu bildirib. Bu zaman o, Moskvanın daha əvvəl başqa bir qaçaq moldova oliqarxı, hazırda Rusiyada sərbəst yaşayan İlan Şoru da axtarışa verdiyini xatırladıb. 

Araşdırma müəllifləri hesab edirlər ki, Viorel Cerneutsanu haqlı olduğunu güman etmək üçün daha ciddi əsaslar var.  Çünki polisin verdiyi məlumata görə, həbs zamanı Plaxotnyukdan müxtəlif adlar altında 20-dən çox saxta şəxsiyyət sənədi, o cümlədən Mixail Tauşanovun (22 fevral 1962-ci il təvəllüdlü) adına Ukrayna, Rusiya və Bolqarıstan pasportu götürülüb. 

“The Insider” müəyyənləşdirib ki, son vaxtlar ən müasir Rusiya tarixinin ən böyük fırıldaqlarından birinin təşkilatçısı olan Plaxotnyuk Rusiyaya daim bu ad altında gəlib və nəinki qanunla bağlı heç bir problemlə üzləşməyib, hətta Kremldə ən yüksək səviyyədə görüşlər keçirib. 

Kozakla danışıqlar

2025-ci ilin aprelində Moldovanın “Kiçik ölkə” araşdırma layihəsi 2019-cu ildən 2024-cü ilin sentyabrınadək Rusiyanın Moldovada ticarət nümayəndəsi olmuş Vladislav Darvayın (hazırda Prezident Administrasiyasının transsərhəd əməkdaşlıq üzrə informasiya şöbəsinin rəhbəridir) telefon dinləmələrinin fraqmentlərini dərc edib. 2024-cü ildə sevgilisi Natalya Pelinlə danışan Darvay etiraf edib ki, o, Vladimir Plaxotnyukun Moskvaya gizli səfərinin təşkilində iştirak edib. Plaxotnyuk orada Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakla görüşməli idi.

Darvayın qarışıq və tez-tez kəsiləm nitqindən aydın olub ki, Plaxotnyuc cinayət işinə baxmayaraq, Dmitri Kozakla gizli danışıqlar aparmaq üçün Moskvaya gəlmək qərarına gəlib. O, iyunun 4-də uçmalı və “Nasional” otelində yerləşməli idi. Kameraya düşmək qorxusundan Plaxotnyuk yol boyu tünd eynək taxmalı və kepka taxmalı idi. Hava limanından onu “yoxlanılmayan” avtomobillə (yəni polisin saxlamadığı nömrə nişanları ilə) gətiriblər və səfərinin bütün üç günü ərzində Plaxotnyuka kənar adamların gözünə görünməməsi üçün otel otağından çıxmağa icazə verilməyib.

Telefon dinləmələrinə görə, milyarder otelin fitnes mərkəzini tək özü üçün bağlatdırmaq üçün pul da ödəyib. Amma ondan “Beltsdən olan moldovalı qadın”ın işlədiyi masaj salonuna getməməsi xahim edilib, çünki həmin şəxs onu sifətdən tanıya bilərdi (“The İnsayder” yoxlayıb – həqiqətən də o vaxt oteldə belə masajçı işləyib). 

Telefon dinləmələrinə görə, Plaxotnyukun səfəri “cümə gününə qədər”, yəni iyunun 7-dək davam etməli idi. “The İnsayder” uçuşlar bazasını araşdırıb və həqiqətən də müəyyən edib ki, Mixail Tauşanovun adına pasportu olan şəxs ilk dəfə 2024-cü il iyunun 4-də günortadan sonra Dubaydan Moskvaya uçub, Dubaya isə iyunun 7-də axşam geri qayıdıb. 

Darvayın telefon dinləmələri iyunda başa çatıb, ona görə də Kozak və Plaxotnyukun dəqiq nə barədə razılaşdıqları bəlli deyil, lakin söhbətin kontekstindən bilinir ki, söhbət onun Moldovanın “onsuz da bir növ sirkə çevrilmiş” siyasi həyatına qayıdışından gedib və Putinlə görüşdən əvvəl Kozakla ilkin görüş olub. Kozak guya Plaxotnyuku utandırıb: “Siz başa düşürsünüzmü, indi baş verən hər şeydə əsasən sizin günahnız var? Bütün hakimiyyət sizdəydi, siz isə bununla oynayırdınız”, - deyə Darvay Kozakın sözlərini sitat gətirir. Darvayın sözlərinə görə, Plaxotnyuk cavab verib ki, səhvləri üzərində işləyib və geri qayıtmağa hazırdır, lakin o, təkbaşına bunu edə bilməz, buna görə də Moskvaya uçub.

Kreml Moldova siyasətinə necə müdaxilə edir

Telefon dinləmələrinə əsasən, Plaxotnyuk və Kozak arasında növbəti görüş bir həftə sonra Minskdə baş tutub. Uçuş məlumatlarından göründüyü kimi, bu, sonuncu olmayıb. Tauşanovun adına pasportla Plaxotnyuk 2024-cü ilin iyul və oktyabr aylarında, eləcə də 2025-ci ilin mart və aprel aylarında Moskvaya uçub. Bütün bu dövr Moldova siyasəti və ona fəal şəkildə müdaxilə etməyə çalışan Kreml üçün çox təlatümlü olub. 

Rusiyanın təzyiqi 2024-cü ilin oktyabr-noyabr aylarında Moldovada Avropaya inteqrasiya referendumunda və prezident seçkilərinin iki turunda öz apogeyinə çatıb. Və Kremlin milyarderin dəstəyinə nə üçün ehtiyacı olduğu başa düşüləndir: pul bu müdaxilədə mühüm rol oynayıb.

Moskvanın təşviq etdiyi və Rusiyada “Qələbə bloku” birliyinin yaradıcısı İlan Şor öz namizədlərinin səsləri üçün birbaşa pul paylanması üçün bir neçə sxem həyata keçirib. Əvvəlcə pullar Kişinyovdan Moskvaya Türkiyə üzərindən və geriyə uçan kuryerlər vasitəsilə gətirilib. Moldova xüsusi xidmət orqanları onları çıxışda yaxalamağa başlayandan sonra Şor balansında pul olan MIR plastik kartlarını paylamağa başlayıb. Bu pulları yalnız Dnestryanıda nağdlaşdırmaq mümkün idi.

Bundan əlavə, diaspordan səsverməni pozmaq üçün istifadə edilib: oktyabrın 20-də Moskvada avtobuslarla gətirilən seçiciləri Moldova səfirliyinin yanındakı xinkali restoranında pulsuz yedizdiriblər, hətta onlar üçün Belarus, Azərbaycan və Türkiyəyə avtobuslarla turlar təşkil ediblər. Bu, onların hamısının seçki məntəqələrində növbəyə durmağa vaxt tapmaları üşün həyata keçirilib.  

İkinci turda seçiciləri ələ almaq cəhdi Avropa İttifaqı ölkələrində yaşayan moldovalılar arasında da yayılıb. Xüsusi müşahidəçilər seçki məntəqələrinin girişlərində onların öhdəliklərini vicdanla yerinə yetirmələrinə nəzarət ediblər. Estoniya və İtaliyada seçicilər kameraları və smartfonları olan belə insanları canlı yayım apararkən görüblər. Onlar məntəqələrə daxil olanların üzlərini səylə lentə alıblar. Bolonyadakı bu videoqraflardan birinin şəxsiyyəti aşkara çıxarılıb: onun Rusiyadan olan tələbə qız olduğu ortaya çıxıb. H\min şəxs Moldova seçkilərinə diqqətini mövcud olmayan ictimai təşkilatın müşahidəsi kimi izah etməyə çalışıb. 

Rüşvət yolu ilə səslərin əksəriyyətini əldə edə bilməyəndə, Kreml parlamentdə çoxluq əldə etmək üçün bir-birinə zidd siyasi oriyentasiyalardan ibarət iki böyük blok yaratmağa stavka etdi. Birinci blok Moskvaya rəğbətini gizlətmirdi. Dörd rusiyayönlü siyasətçi, keçmiş Kommunist Partiyasının üzvləri və hazırda dörd müxtəlif siyasi qüvvənin rəhbərləri: İqor Dodon (“Sosialistlər Partiyası”), Vladimir Voronin (“Kommunistlər Partiyası”), İrina Vlax (“Moldovanın ürəyi”) və Vasile Tarlev (“Moldovanın gələcəyi”) qarşıdan gələn parlament seçkilərində iştirak etmək üçün seçici blokunda birləşmək planlarını açıqladılar. 

Bu koalisiya ilə yanaşı, Kreml guya “avropapərəst” olan “Alternativ” blokunu təşviq edir. Bu bloka Kişinyov meri (Milli Alternativ Hərəkat), eləcə də keçmiş baş nazir İon Kiku (“Moldovanın İnkişaf və Birliyi Partiyası”), son seçkilərdə prezidentliyə namizəd Aleksandr Stoyanoqlo və Mark Tkaçuk (“Vətəndaş Konqresi”) rəhbərlik edir. İki əks-siyasi baxışa malik iki blokun strategiyasından istifadə etməklə Moskva mümkün qədər çox seçici ələ keçirməyə ümid edir. Amma yuxarıda sadalanan siyasətçilərin hamısını birləşdirən əsas şey Plaxotnyukla uzunmüddətli münasibətlər tarixidir.

Xatirə SADİQ
шаблоны для dle 11.2

Xəbər lenti
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
30 07 2025
30 07 2025