Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (Bu gün, 08:12)
Banda Rusiyadır, bandit isə...

banda-rusiyadir-bandit-ise


Bir ölkə düşünün ki, hazırda öz qardaşı Ukrayna ilə qırğındadır. 3 ildir günahsız insanlar Putinin hərbi cinayətlərin qurbanı olur. Məncə, bu ölkəni tanıtmaq üçün əlavə şərhə ehtiyac da yoxdur.

Coğrafiya taledir! Tale də bizə üst mərtəbədən alt qonşusunun evinə su buraxan, gecələri yüksək səslə musiqiyə qulaq asan, əyyaşlığından əl çəkməyən bir qonşu qismət edib. Evimizi satıb gedə bilmərik ki...

Biz həmişə abrımıza qısılırıq, sivil formada məsələni həll etməyə çalışırıq, amma görürük ki, xeyri yoxdur.

Mənə görə bir dövlətin böyüklüyü onun ərazi sahəsinin neçə kvadrat kilometr olmasından asılı deyil. Razıyam, Rusiya hegomon dövlətdir. Amma bir dövlətin böyüklüyü həm də böyüklüyünü bilməsidir. 

Rusiya bunu bacarırmı? Adicə qonşuluq prinsiplərinə əməl edirmi? Birmənalı olaraq xeyr!

Amma biz, Azərbaycan kiçik bir ərazisi ilə hər zaman öz böyüklüyünü göstərib. Məsələn, Vətən müharibəsi dönəmində Naxçıvan istiqamətində səhvən Rusiya helikopteri vurulur. Rəsmi Bakı dərhal açıqlama yayaraq səhvi qəbul edir, günahkarların cəzalandırılacağını və zərərçəkənlərə kompensasiya veriləcəyini bildirir.

Amma Rusiya sözün bütün mənalarında burcudur! Ötən ilin dekabrında Bakıdan Qroznıya uçan AZAL-ın təyyarəsi Rusiya səmasında raketlə vurulur, 38 nəfər həlak olur, 29 sərnişin yalnız qəhrəman pilotlarımızın sayəsində möcüzəvi şəkildə sağ qalır, amma Rusiya bu müddət ərzində bir üzr istəməyi bacarmır.

Bu azmış kimi, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmır, eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmur.

Çünki Prezident Putinin yürütdüyü siyasətin mahiyyəti belədir.

Bu yaxınlarda Azərbaycan nümayəndə heyəti Rusiyaya səfər edir, millət vəkili Azər Badamov Moskva hava limanında saxlanılır və ölkəyə girişinə icazə verilmir. Əsəslandırılmış səbəb də deyə bilmirlər. Amma aydın idi ki, bu, Azər Badamovun “Vahid Rusiya” partiyasından olan, azərbaycanlıları “şobla” (banda) deyərək təhqir edən deputat Nikolay Valuyevə cavab verməsinə görə idi. 

Və son olaraq jurnalist Seyfəddin Hüseynlinin qardaşlarının Rusiyada OMON tərəfindən vəhşicəsinə qətlə yetirilməsi...

Mariya Zaxarova deyir ki, araşdırılır. Və əmin olun ki, bu dırnaqarası araşdırmanın əvvəlki hadisələrdə olduğu kimi heç bir nəticəsi, qənaəti olmayacaq.

Amma Rusiya lideri Vladimir Putinə xatırlatmağa ehtiyac var. 

Azərbaycan və Rusiya arasında 2022-ci ilin fevralında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb və bu sənəd əsasında iki ölkə arasında əməkdaşlıq aparılır. Azərbaycan həmişə İMZAsına sadiqdir. Çünki İMZAmız adımızdır. Amma qeyd etdiyimiz bir neçə ay ərzində baş verən bu olaylardan sonra görünən odur ki, Putin nəinki “imya”sına, heç imzasına da hörmət etmir.

Nikolay Valuyev bizə banda deyirdi. İndi kimdir banda? Bir evə basqın edib iki qardaşı işgəncə ilə öldürənlər, yoxsa biz?!!

Banda Rusiyadır, bandit isə...

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025