Dünya (Bu gün, 09:50)
Rusiyanın Su-35 təyyarəsi Kurskda necə vurulub?

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Boqdan Dolinç bildirib.
“7 iyunda Kursk vilayəti üzərində Su-35 təyyarəsinin vurulması məsələsinə gəldikdə, bu hadisə iki ehtimaldan biri ilə baş verə bilər. Birincisi - məsələn, F-16, “Mirage” və ya sovet istehsalı olan digər Ukrayna təyyarəsindən buraxılmış ‘hava-hava’ raketi. İkincisi – “yer-hava” tipli zenit raketləri, yəni “Patriot”, NASAMS və ya SAMP/T kompleksləridir”, – deyə ekspert vurğulayıb.
Dolinç xatırladıb ki, Su-35 təyyarəsi Rusiyanın ən müasir çoxməqsədli döyüş təyyarələrindən biridir və 4+ nəsil təyyarələrə aiddir. Düşmən bu təyyarələrdən əsasən idarə olunan bombalar (Kab) daşımaq və ya “hava-yer” və “hava-hava” tipli raketlər buraxmaq üçün istifadə edir.
Ekspertin sözlərinə görə, genişmiqyaslı işğaldan əvvəl Rusiya ordusunda bu tip təxminən 120 təyyarə var idi, hazırda isə müxtəlif qiymətləndirmələrə görə, onların sayı 80 civarındadır.
Analitik qeyd edib ki, əgər Su-35 təyyarəsi Rusiyanın hava məkanında məhv edilibsə, bu zaman böyük ehtimalla “hava-hava” tipli raketdən istifadə olunub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025