Dünya (8-04-2025, 08:12)
“Ərdoğanı sevməyimdən narahatdırlar, amma...” - Tramp
Mediatv.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Tramp Ərdoğanın liderliyini güclü və ağıllı adlandıraraq, onun Suriya məsələsində heç kimin bacarmadığı işləri gördüyünü bildirib.
“Ərdoğan çox güclü və zəkalı biridir. O, (Suriya məsələsində) başqasının edə bilmədiyini etdi. Onun haqqını vermək lazımdır”, - deyə Amerika lideri vurğulayıb.
Tramp eyni zamanda Ərdoğanla şəxsi münasibətlərinin çox yaxşı olduğunu xüsusi vurğulayıb: “Ərdoğan ilə çox yaxşı münasibətlərim var. Aramızda heç vaxt problem olmayıb. Mətbuat mənim onu sevməyimdən narahat ola bilər, amma mən onu sevirəm, o da məni sevir. Aramızda heç vaxt problem olmayıb.”
ABŞ Prezidenti İsrail Baş naziri Netanyahuya cavab olaraq, Türkiyə ilə Suriya məsələsindəki mümkün anlaşmazlıqları da özünün həll edə biləcəyini bildirib: “Siz də, biz də bu məsələdə məntiqli olsaq, bu problemi həll etmək mümkündür. Məncə, bu, hazırda ciddi problem deyil”
