Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (27-03-2025, 09:08)
Paşinyan onları hədələdi - “Sizi tapdalayacağam”

pasinyan-onlari-hedeledi


“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, keçmiş prezidentlər Ermənistanın Baş naziri ilə teledebatlarda iştirakdan imtina edirlər. Lakin bu debatlar baş tutsa belə, Paşinyan Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı divara sürtməklə hədələyib:

“2020-ci ildən biz hakimiyyətə gələndə qaçılmaz olan vəziyyətə görə bizi günahlandırmağa çalışırlar, lakin onların hər üçü teledebatlarda iştirakdan imtina edirlər. Onlar deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Sonra övladlarını, nəvələrini, nəticələrini, qayınanalarını, gəlinlərini, baldızlarını mətbuat konfransına göndərirlər. Mübahisə edəcək bir şeyin yoxdursa, susun. Hazırsınızsa, gəlin, danışaq. Əsəblərimizlə oynamağı dayandırın, sizi tapdalayacağam. Sizi divara sürtəcəyəm və siyasi cəsədlərinizin qalıqları oradan çıxarılacaq”.

Onlar Nikol Paşinyanın parlamentdə Dağlıq Qarabağ məsələsi ilə bağlı mümkün müzakirələr kontekstində səsləndirdiyi sərt bəyanatlara münasibət bildiriblər. Paşinyanın bəyanatlarından sonra eks-prezidentlər yanaşmalarını dəyişməyiblər. Onlar debatlarda iştirak etmək fikrində deyillər. 

Birinci prezident Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan birbaşa Paşinyanın adını çəkmədən sosial şəbəkələrdə cavab yayıb: 

“O, dişləyə, ağlaya, hədələyə, şikayət edə, xəyali və olmayan şeylərdən danışa bilər. Amma o, heç vaxt Minsk Qrupunun Qarabağla bağlı rəsmi təkliflərini və Ermənistanın rəsmi cavablarını, o cümlədən 2019-cu ildə rədd etdiyi planı dərc etməyəcək”.

O, bu cür bəyanatları daha sakit qəbul etmək lazım olduğunu deyib və bunu “kasıb ənənə” adlandırıb.

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan Baş nazir Nikol Paşinyanın bəyanatlarını şərh edib.

Mikoyan Baş nazirin son təhdid və bəyanatlarına kəskin reaksiya verib:

“Müzakirələr üçün ən yaxşı variant ən yaxın psixiatriya xəstəxanasının əməkdaşlarıdır. Ümumiyyətlə, arağı həblə qarışdırmaq olmaz”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
30 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025