Dünya (24-03-2025, 09:00)
İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır

Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən bildirib.
Nəşrin məlumatına görə, yəhudi dövlətinin rəhbərliyi hesab edir ki, Qəzza zolağının əhəmiyyətli hissəsinin ələ keçirilməsi və saxlanılması HƏMAS üzərində qəti qələbə qazanmağa imkan verəcək. Qəzet qeyd edib ki, İsrail Baş naziri Binyamin Netanyahu və onun yaxın çevrəsinin fikrincə, yeni Amerika administrasiyasının hücum əməliyyatlarına dəstəyi və Livandakı “Hizbullah” təşkilatının zəifləməsi ilə İsrail ordusunun bu cür döyüş əməliyyatları aparmaq üçün yetərincə imkanları yaranıb.
Eyni zamanda, nəşrə görə, HƏMAS üzərində qəti qələbə qazanmaq üçün İsrail yeraltı tunellər sistemini və hərəkatın digər infrastruktur obyektlərini tamamilə məhv etməli olacaq ki, bu da bir neçə ay və ya hətta illər çəkə bilər. Netanyahunun yeni strategiyasının əleyhdarlarına görə, münaqişənin siyasi həlli olmadan HƏMAS-ı ləğv etmək sadəcə mümkün olmayacaq.
Daha əvvəl İsrail Baş nazirinin ofisi bildirmişdi ki, Netanyahu ABŞ dövlət katibi Mark Rubio ilə telefon danışığı aparıb. Söhbətin təfərrüatları açıqlanmasa da, qeyd edilib ki, “Rubio Birləşmiş Ştatların İsrailə və onun gerçəkləşdirdiyi siyasətə tam və qeyd-şərtsiz dəstəyini ifadə edib”.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edərək anklava kütləvi hava zərbələri endirib. Netanyahunun ofisi bunu HƏMAS-ın vasitəçilər və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff tərəfindən danışıqlarda irəli sürülmüş təklifləri rədd etməsi ilə izah edib və əlavə edib ki, sektordakı əməliyyatın məqsədi bütün girovların azad edilməsidir.
Report

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025