Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Slayd (23-08-2023, 07:12)
Türkiyə bir daha cəhd edir - Putin-Zelenski görüşü baş tutarsa...

Türkiyə bir daha cəhd edir
“Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşməsini istəyirik”. Bu barədə Macarıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, Türkiyə sülhün əldə olunmasına çalışır: “Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı onunla bu barədə danışdıq. Həmçinin NATO Liderlər Zirvəsindəki müzakirələrdə bu məsələ barədə fikir mübadiləsi apardıq". Qeyd edək ki, Türkiyə və BMT "Taxıl sazişi"nin bərpası üçün də təkliflər hazırlayır. Moskva və Kiyev arasında texniki danışıqların da İstanbulda keçirilə biləcəyi vurğulanır. “Sabah” nəşrinin məlumatına görə, qlobal problemləri, xüsusən də inkişaf etməmiş ölkələrdə yarana biləcək miqrasiya və qeyri-sabitliyi təhrik etməmək üçün Türkiyə BMT ilə birlikdə taxıl dəhlizinin istifadəyə verilməsi üçün layihə təklifləri hazırlayır. Qeyd edək ki, 18 iyul tarixindən Rusiya taxıl sazişindən çıxdığını elan edib. Yaxın günlərdə Rusiya Prezidenti V.Putinin Türkiyəyə səfər edəcəyi və həmkarı Ərdoğanla bu məsələlər ətrafında müzakirə aparacağı gözlənilir.
Mediatv.az-ın məlumatına görə, politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçi kimi nəticə almaq üçün təşəbbüs göstərməsi ümidverici olsa da, reallıqda sülh danışıqları üçün zəminin olmadığı məlumdur. Analitik vurğulayıb ki, münaqişə tərəflərinin verdikləri bəyanatlar da bunu sübut edir:

"Rusiya Prezidenti V.Putinin Zelenski ilə görüşündən imtina etməsi barədə xəbərlər yayılıb. Təbii ki, əgər Putin-Zelenski görüşü baş tutarsa, ciddi məsələlər müzakirə oluna bilər. "Taxıl sazişi" məsələsi əslində həll edilmiş sayılır. Görüşdən sonra sazişin baş tutacağı ehtimalı böyükdür. Həmçinin, tərəfləri təmsil edən şəxslərin görüş ehtimalı da mümkündür. Məsələ ondadır ki, dövlət rəhbərlərinin bir-birinə qarşı bəyanatlar verdiyi şəraitdə nəbz yoxlamaq üçün belə olsa, görüşün keçirilməsi məntiqə ziddir. Tərəflərin hər birinin müharibədən nəticə almaq üçün öz planları var. Həm Kiyev, həm Moskva müəyyən amillərin gerçəkləşməsini gözləyirlər. Rusiya müharibəni ABŞ-da keçiriləcək seçkilərə kimi uzatmaq istəyir ki, respublikaçıların hakimiyyətə gəlməsi ilə Kiyevə dəstək kəsilsin və qələbə asanlaşsın. Donald Trampın hakimiyyətə gəlməsi zamanı müharibənin 24 saata başa çatmasından danışılır ki, bu da Rusiyaya sərf edir. Ukrayna isə F16 qırıcılarının və "Atakams" raketlərinin alınması ilə müharibədə dönüş yaratmaq niyyətindədir. Görünən odur ki, müharibənin ən azı ilin sonunadək bitməsi ehtimalı yox dərəcəsindədir. Buna baxmayaraq, Türkiyənin bu cəhdlərini yüksək qiymətləndirmək lazımdır".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024