Dünya (22-08-2023, 12:12)
Qafan aeroportu: İqtisadi zərurət, yoxsa siyasi demarş? - İNCƏLƏMƏ...
Ermənistanın Qafanda- Azərbaycan sərhəddinin yaxınlığında aeroport inşa etməsi, cari ilin 17 avqust tarixində baş nazir Nikol Paşinyanın bu aeroporta səfər etməsi son günlərin diqqət çəkən yeniliklərindən hesab olunur.
Normalda hər hansı bir dövlətin öz ərazisində aeroport və ya digər nəqliyyat infrastrukturu inşa etməsi həmin dövlətin daxili işi hesab edilsə də, Ermənistanla bağlı reallıq Qafan aeropotunu bu ölkənin “daxili işi” olmaqdan çıxardır. Bu reallıqlardan ən mühümü aeroportun sərhədlərimizin hədsiz yaxınlığında tikilməsidir. Beynəlxalq qanun və konvensiyalara görə bir dövlət digər dövlətin sərhədləri yaxınlığında bu cür nəqliyyat infrastrukturunu ancaq o halda inşa edə bilər ki, qonşu dövlətin bununla bağlı müvafiq razılığı mövcud olsun. Azərbaycan isə Ermənistana bununla bağlı hər hansı razılıq verməyib. Bu isə o deməkdir ki, Ermənistan növbəti dəfə beynəlxalq qanunları pozub və bu qanunlarla yanaşı, Azərbaycanın maraqlarına da açıq hörmətsizlik sərgiləyib.
İrəvan iqtisadi maraqlarını siyasi iddialara qurban verir!
Qafan aeroportunun inşası ilə bağlı diqqət çəkən məqamlardan biri məlum hava limanının inşasının iqtisadi maraqlardan irəli gəlməməsidir. Çünki Qafanın iqtisadi gücü, habelə onun Ermənistanın iqtisadi-siyasi həyatındakı rolu belə bir aeroportun inşasını tələb etmir. Başqa sözlə desək, Qafanda aeroportun inşası Böyük Səhrada hava limanı inşa etmək kimi bir şeydir və bu aeroportun nəinki indi, hətta yaxın onilliklərdə belə zərərlə işləyəcəyinə şübhə yoxdur. Lakin buna baxmayaraq, İrəvan onun özünə də yaxşı məlum olan bu reallığa rəğmən, Qafanda aeroport inşasını həyata keçirib. İrəvanın iqtisadi qanunlara meydan oxuyaraq ac xalqın son qəpiyini də gərəksiz infrastrukturlara yatırması bu qərarın arxasında iqtisadi deyil, siyasi maraqların olduğundan xəbər verir.
Ac xalqı Ermənistanın sürətli tərəqqisinə inandırmaq cəhdi!
İrəvan Qafanda aeroport inşa etməklə bir çox siyasi maraqlaırnı təmin etməyə çalışır ki, bunlardan da biri sadə ermənilərə Ermənistanın sürətli inkişafını sübut etmək, onları fakt qarşısında qoymaqdır. Paşinyan hakimiyyəti bununla ölkədəki ağır iqtisadi-sosial vəziyyyətlə bağlı media və sosial şəbəkələrdə yer alan ittihamlara “sanballı şəkildə” cavab verdyini düşünür. Habelə, rəsmi İrəvan bununla sadə ermənilər başa salmağa çalışır ki, dövlətin pulu “daha ciddi layihələ” xərclənir və buna görə də onların ac qalmasında faciəvi bir şey yoxdur.
Bundan başqa, İrəvan bununla xaricdəki emrəniləri, xüsusilə də Ermənistana böyük maliyyə yardımları göstərən erməni lobbisini də təsəlli etməyə çalışır. Onlara göstərmək istəyir ki, Ermənistana göndərdikləri pulların heç də hamısı oğurlanmır və bu vəsaitlərdən aeroport kimi vacib infrastruk layihələrin reallaşması üçün də xərclənir.
Iqtisadi cırtdanın dünya devi ilə müqayisə olunmaq istəyi
Ermənistanın Qafan aeroportunu Azərbaycan sərhədlərinin yaxınlığında inşa etməsində digər bir məqsəd isə İrəvanın özünü rəsmi Bakı ilə müqayisə etmək istəyidir. İrəvan bununla Bakıya, eləcə də region dövlətlərinə göstərmək istəyir ki, guya Ermənistan da Azərbaycan kimi sürətli iqtisadi yüksəliş dövrünə qədəm qoyub və inkişaf tempinə görə heç də Azərbaycandan geri qalmır.
Xatırladaq ki, Azərbaycanın son üç ildə işğaldan azad edilənn ərazilərdə həyata keçirdiyi qlobal layihələr sadəcə Ermənistan vətəndaşları tərəfindən deyil, bütün dünya tərəfindən böyük maraqla qarşılanmaqdadır. Dövlətimizin apardığı nəhəng quruculuq fonunda Azərbaycana heyranlıqlarını gizlətməyən bir çox erməni ölkəmizə gəlmək, öz məşğulluq və sosial rifahla bağlı problemlərini ölkəmizin hesabına ortadan qaldırmaq isdədiklərini bildirirlər. Zaman-zaman bir çox erməninin sərhədçilərimizə yaxınlaşaraq Azərbaycanda yaşamaq və istəmək istəklərini dilə gətirməsi bu reallığın bariz nümunəsidir. Bu baxımdan Paşinyan hakimiyyəti Azərbaycanla sərhəddə aeroport inşa etməklə Ermənistanda da “iqtisadi hərəkətliliyin” mövcudluğunu sübut etməyə çalışmaqdadır.
Hərbi təxribat və terror üçün yeni zəmin
Ermənistanın Qafanda aeroport inşa etməsinin əsas məqsədlərindən biri isə heç şübhəsiz bu aeroportdan hərbi məqsədlərlə istifadə etmək, ənənəvi terror siyasəti üçün yeni zəmin formalaşdırmaqdır. Bu hava limanı öləmizin sərhəd təhlükəsizliyi üçün ciddi təhdiddir və təbii ki, Azərbaycan bu təhlükəyə biganə qala, öz haqlı narahatlığını ortaya qoymaya bilməz.
Məlumdur ki, hava limanları hərbi yüklərin, eləcə də hərbçilərin bir nöqtədən digər nöqtəyə göndərilməsi, hərbi manevrin çevik şəkildə təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Çox güman ki, Ermənistan hakimiyyəti Qafanda hava limanının inşasını həm də hərbi manevr qabiliyyətini yüksəltmək məqsədilə həyata keçirib. Bu, eyni zamanda İrəvandakı revanşist qüvvələrin ölkə həyatı ilə bağlı qərarlara ciddi təsir imkanına malik olduğunu göstərir.
Azərbaycana qarşı böhtan siyasəti üçün daha bir pəncərə....
Qafandakı hava limanının Azərbaycanla sərhəddə inşasında digər bir məqsəd isə ölkəmizə qarşı böhtan siaysəti üçün yeni nəfəslik açmaq, yeni bəhanələr üçün zəmin yaratmaqdır. Əminliklə demək olar ki, Ermənistan yaxın gələcəkdə Azərbaycanın Qafandakı uçuşlara mane olduğu, hava limanınn fəaliyyətinə müxtəlif vasitələrlə müdaxiəl etdiyi ilə bağlı yalanlar tirajlayaraq, beynəlxaql müstəvidə hay-küy salacaq. Məqsəd hər zaman olduğu kimi, qarayaxma kampaniyası vasitəsilə dünya birliyini Azərbaycana qarşı qaldırmaq, ölkəmizin imicina zərbə vurmaq, rəsmi Bakıya qarşı sanksiyaların tətbiqinə nail olmaqdır. Ancaq İrəvan bilməlidir ki, bugünə qədər olduğu kimi, bundan sonra da onun böhtan siyasəti heç bir nəticə verməyəcək, bu siyasət Ermənistanın özünün ifşası və siyasi məğlubiyyəti ilə nəticələnəcək.
Seymur ƏLİYEV //moderator.az//
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024