Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (7-06-2023, 12:00)
Sumı rayonunda “Şahed” fərdi yaşayış evinə düşüb, ölənlər var

Mediatv.az ru.slovoidilo.ua-ya istinadən məlumat verir ki, Sumı rayonunda “Şahed” kamikadze pilotsuz təyyarəsinin hücumu nəticəsində iki nəfər həlak olub.
Bu barədə Sumı vilayət hərbi administrasiyasından məlumat verilib.
Qeyd olunur ki, faciə Yunakovskaya yaşayış icmasında baş verib. Düşmənin pilotsuz uçuş aparatı fərdi yaşayış evini vurub, nəticədə yanğın baş verib, ev qismən dağılıb.
Həmçinin pilotsuz təyyarənin hücumu nəticəsində bir mülki şəxs yaralanaraq xəstəxanaya yerləşdirilib.
Ümumilikdə iyunun 7-nə keçən gecə və səhər saatlarında ruslar Sumı vilayətinin sərhədyanı icmalarına dörd hücum həyata keçiriblər. Xüsusən də, ruslar Nikolayev və Belopolskaya icmalarını minaatanlardan atəşə tutub və orada bir sıra partlayışlar qeydə alınıb.
Prezident Aparatının rəhbəri Andrey Yermak faciəyə reaksiya verib:
“Onlar sadəcə olaraq bir “Şahed”i yaşayış binasına atdılar. Rusiya terrorçular ölkəsidir”, - deyə, rəsmi olaraq yazıb.
Xatırladaq ki, Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya Federasiyası 2023-cü ilin may ayında Ukraynada 300-dən çox İrana məxsus kamikadze pilotsuz uçan aparat atıb. Bu gündən etibarən belə dronlardan ən çox Rusiya Federasiyası hücumlar zamanı istifadə edir.
Onu da bildirmişdik ki, bazar günü, iyunun 4-nə keçən gecə Ukrayna sərhədçiləri Çerniqov və Sumı vilayətlərində üç “Şahed” kamikadze pilotsuz uçan aparatını məhv ediblər.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024