Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (19-05-2023, 18:56)
Rusiya sərhədyanı ərazilərin atəşə tutulmasının intensivliyini artırıb


Mediatv.az ru.slovoidilo.ua-ya istinadən məlumat verir ki, son bir ayda Rusiya ordusu Xarkov, Çerniqov və Sumı vilayətlərinə hücumlarının sayını artırıb.
Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
“2023-cü il mayın 8-dən 16-na kimi Rusiya qoşunları bu əraziləri 162 dəfə atəşə tutub. Daha çox hücum Sumi vilayəti – 110, Çerniqov vilayəti – 29, Xarkov vilayəti – 23 dəfə", - məlumatda belə deyilir.
Malyar qeyd edib ki, Rusiya hər gün dinc əhalini müxtəlif növ silahlardan atəşə tutur, mülki obyektləri - uşaq bağçalarını, xəstəxanaları, məktəbləri məhv edir. Ölənlər və yaralılar arasında uşaqlar da var.
“Rusiya qaydasız müharibə aparır və beynəlxalq humanitar hüquq normalarını sistemli şəkildə pozur”, - deyə, o, vurğulayıb.
Nazir müavini əlavə edib ki, düşmən sərhədyanı ərazilərdə artilleriya və hava zərbələri ilə daim qoşunlarımızı ayaq üstə saxlamağa və onların başqa ərazilərdə istifadəsinin qarşısını almağa çalışır.
Xatırladaq ki, ötən sutka ərzində, mayın 16-da Rusiya işğalçı qoşunları Sumı vilayətinin sərhədyanı icmalarını 20 dəfə atəşə tutub.
Həmçinin bildirilib ki, Rusiya Ukraynanı əks hücumu təxirə salmağa məcbur etmək üçün hava hücumlarının intensivliyini artırıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024