Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (Bu gün, 15:52)
Balasanyan və Ohanyan niyə indi üzə çıxdı? – Kremldən inanılmaz tapşırıq

 Birinci Qarabağ müharibəsinin tanınmış simalarından, keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” olmuş Vitali Balasanyan və Ermənistanın sabiq müdafiə naziri, hər iki müharibənin iştirakçısı, Xocalı qatili Seyran Ohanyanın ard-arda açıqlamaları erməni ictimaiyyətində ciddi müzakirələrə səbəb olub.
Uzun müddət ictimaiyyət qarşısına çıxmayan Balasanyan 10 noyabr 2020-ci il bəyanatının hələ də qüvvədə olduğunu iddia edərək, “əgər zəmanət verilərsə, artsaxlıların geri qayıda bilər”, – kimi revanşist fikirlər səsləndirib.
Seyran Ohanyan isə Şuşa şəhərinin işğalı və Azərbaycan ordusu tərəfindən azad edilməsi istiqamətindəki döyüşləri müqayisə edib. O, ordumuzun 44 günlük müharibədə strateji üstünlük qazanaraq uğurlu nəticəyə nail olduğunu bildirib. Hər iki separatçı Qarabağın itirlməsinə görə Ermənistan hakimiyyətini günahlandırıb.
Balasanyan və Ohanyanın ardıcıl açıqlamaları nəyə hesablanıb? Onları birdən-birə aktivləşdirən səbəb nədir? İki separatçının ortaya çıxmasında Rusiyanın payı varmı?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Balasanyan və Ohanyanın anidən aktivləşməsi səbəbsiz deyil:
“Bunu bir çox baxımdan əsaslandırmaq olar. Məsələn, dar mənada yanaşdıqda, son açıqlamaları 10 noyabr bəyanatının beşinci ildönümü kontekstində dəyərləndirmək mümkündür. Bu tarix Ermənistan cəmiyyətində, xüsusilə də Qarabağ müharibəsində iştirak etmiş hərbi-siyasi fiqurlar üçün simvolik məna daşıyır. Onlar bu yolla həm keçmişdəki mövqelərini xatırlatmaq, həm də cəmiyyətdə hələ də canlı olan nostalji və revanşist hisslərə xitab etmək istəyirlər.
Sözügedən açıqlamalarda açıq şəkildə hiss olunur ki, itirilmiş mövqelərin psixoloji təsiri hələ də tam sovrulmayıb. Ermənistan daxilində bəzi dairələr 10 noyabr sənədini sülhün deyil, məğlubiyyətin simvolu kimi qəbul edir və bu səbəbdən də həmin tarix yaxınlaşdıqca cəmiyyətdə emosional reaksiyalar güclənir. Balasanyan və Ohanyan kimi şəxslərin çıxışları da məhz bu ovqatdan qidalanır. Biri sənədin “hələ qüvvədə” olduğunu vurğulayaraq keçmişi diriltməyə, digəri isə 2020-ci il məğlubiyyətini izah etməklə özünə bəraət qazandırmağa çalışır”.
Politoloq bildirib ki, Balasanyan və Ohanyan kimi fiqurların birdən-birə ictimaiyyət qarşısında görünməsi həm də siyasi gedişdir:
“Məlum olduğu kimi, Ermənistan 2026-cı ildə parlament seçkilərinə hazırlaşacaq və artıq indidən daxili siyasi səhnədə müxtəlif qruplaşmaların mövqelərini möhkəmləndirməyə çalışdığı müşahidə olunur. Bu şəraitdə uzun müddət kənarda qalan hərbi-siyasi simaların yenidən səhnəyə çıxması həm cəmiyyətin diqqətini cəlb etmək, həm də gələcək siyasi proseslərdə özlərinə yer açmaq məqsədi daşıyır. Xüsusilə Seyran Ohanyan kimi sabiq nazirlər və Balasanyan kimi müharibə iştirakçıları revanşist elektoratın dəstəyini qazanıb, baş nazir Nikol Paşinyan hakimiyyətinə qarşı formalaşa biləcək yeni blokun ideoloji dayağını möhkəmləndirməyə çalışırlar.
Paşinyanın son aylarda açıq şəkildə keçmiş prezidentlər Serj Sarkisyanı və Robert Köçəryanı tənqid etməsi, onları müharibə məğlubiyyətinə görə məsuliyyət daşıyan şəxslər kimi göstərməsi də bu prosesin fonunu daha da gərginləşdirib. Belə vəziyyətdə Balasanyan və Ohanyan kimi fiqurların yenidən üzə çıxması, bu iki sabiq prezidentin ətrafında yeni bir “keçmiş elita cəbhəsi”nin formalaşmaqda olduğunu deməyə əsas verir”.
Hüseynli hesab edir ki, separatçıların aktivləşməsi üçün təlimat Kremldən verilib:
“Moskva son aylarda Ermənistanın Qərbə yaxınlaşmasını artıq sadəcə siyasi manevr kimi deyil, strateji istiqamət dəyişikliyi kimi dəyərləndirir. Paşinyan hökumətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşması, Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirməsi, NATO ilə dialoqa açıq mövqe nümayiş etdirməsi və ABŞ-la sülh prosesi kontekstində koordinasiyaya üstünlük verməsi Kremlin narahatlığını daha da artırıb. Balasanyan və Ohanyan kimi keçmiş hərbi fiqurların qəfil aktivləşməsi, revanşist ritorikanın yenidən dirçəldilməsi də bu mənada təsadüfi görünmür.
Rusiya artıq açıq şəkildə Paşinyanı etibarsız tərəfdaş hesab edir və Ermənistanın Qərb strukturları ilə inteqrasiyasının qarşısını diplomatik yolla ala bilmədikcə, “sabitliyi pozma” ssenarilərinə üstünlük verir. Bu, Kreml üçün həm Paşinyanı zəiflətmək, həm də Ermənistanda öz təsir alətlərinin hələ də işlək olduğunu göstərmək vasitəsidir”.
шаблоны для dle 11.2

Xəbər lenti
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025