Cəmiyyət (Bu gün, 14:33)
“Toyumda asılan bayrağı Hadrut yüksəkliyinə sancdıq” - Video
Vətən müharibəsi qazisi, ehtiyatda olan xüsusi təyinatlı qüvvələrin əməkdaşı Kamran İbrahimov Hadrut istiqamətindəki döyüş əməliyyatında iştirak edərkən yaşadıqlarını danışıb.
Mediatv.az xəbər verir ki, o, əməliyyat zamanı əsas məqsədin Hadruta giriş istiqamətindəki yüksəkliyi ələ keçirmək olduğunu bildirib.
“Hadrut alınsa da, avtomobillərimiz və texnikalarımız qəsəbəyə daxil ola bilmirdi. Ermənilər orada gizlənmişdilər. Tapşırıq gəldi ki, Hadruta giriş istiqamətindəki yüksəkliyi ələ keçirik. O yüksəklikdən Hadrut tam görünürdü. Həmin yerdə erməni qrupu mərkəzdən gələn texnikalarımızı vura bilirdilər”, - K. İbrahimov qeyd edib.
Kamran İbrahimov bildirib ki, əraziyə səssiz basqın edərək düşmənin yerləşdiyi obyektə daxil olublar:“Gördük ki, obyekt boşdur, amma qazın üstündə yeməklər isti, transformator və rabitə xətləri isə işlək vəziyyətdədir. Başa düşdük ki, ermənilər biz əraziyə girməzdən təxminən bir saat əvvəl oranı tərk ediblər”.
O, Hadrutda yaşadığı unudulmaz anı da bölüşüb:
“Ailə həyatı qurduğum zaman bəylik kürsümün arxasında asılan bayrağı həmişə çantamda daşıyırdım. Həmin bayrağı Hadrut yüksəkliyinə sancdıq”.
Daha ətraflı Baku TV-nin süjetində:
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
























