Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (6-06-2023, 13:32)
İsveç NATO-ya daxil olarsa, nüvə silahı saxlamağa ehtiyac görmür

 Müdafiə naziri Paul Yunsonun sözlərinə görə, bu məsələ ilə bağlı alyans tərəfindən “heç bir təzyiq yoxdur”.
Media.tv novosti.ru-ya istinadən məlumat verir ki, İsveç, əgər NATO-ya daxil olarsa, alyansın həyata keçirdiyi “birgə nüvə missiyaları” çərçivəsində öz ərazisində nüvə silahının yerləşdirilməsinə ehtiyac görmür. Bu barədə çərşənbə axşamı İsveçin müdafiə naziri Paul Yunson Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
“Bizim ərazimizdə nüvə silahının olması zərurəti ilə bağlı hər hansı gözlənti görmürük”. Onun sözlərinə görə, bu məsələdə NATO tərəfindən “heç bir təzyiq yoxdur”.
Eyni zamanda, nazir vurğulayıb ki, İsveç NATO-ya daxil olarsa, alyansın əsas prinsiplərinə, o cümlədən adi və nüvə qarşısının alınmasına aid olan prinsiplərə əməl edəcək.
İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdilər, lakin Türkiyə onlardan kürd təşkilatlarını terrorçu elan etmələrini və terrorizmdə və ya 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunanların ekstradisiyasını tələb edərək üzvlük prosesini əngəllədi. İyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistyö, o vaxt İsveçin baş naziri Maqdalena Andersson və Alyansın baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb. Bir növ yol xəritəsi olan və Stokholm və Helsinkiyə NATO-ya daxil olmağa imkan verən memorandum imzalanıb. Martın 31-də Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib, ölkə aprelin 4-də alyansa üzv olub.
 
Tərcümə etdi: Səadət Sultan 
 
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024