Dünya (6-06-2023, 12:33)
İsveç iyulda Vilnüsdə keçiriləcək sammitə qədər NATO-ya üzv olmağa ümid edir

"İsveç hökumətinin ən yüksək prioriteti NATO-ya ən qısa zamanda tamhüquqlu üzv olmaqdır. Ümid edirik ki, Vilnüs sammitinə qədər alyansın üzvü olacağıq". "Eyni zamanda, Türkiyə tərəfi üçün yalnız Türkiyənin, Macarıstan tərəfi üçün isə yalnız Macarıstanın qərar verə biləcəyinə hörmətlə yanaşırıq", - deyə, nazir əlavə edib.
İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdilər, lakin Türkiyə onlardan kürd təşkilatlarını terrorçu elan etmələrini və terrorizmdə və ya 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunanların ekstradisiyasını tələb edərək üzvlük prosesini əngəllədi. İyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistyö, o vaxt İsveçin baş naziri Maqdalena Andersson və Alyansın baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb. Bir növ yol xəritəsi olan - Stokholm və Helsinkiyə NATO-ya daxil olmağa imkan verən memorandum imzalandı. Martın 31-də Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib, ölkə aprelin 4-də alyansa üzv olub.
İsveçin NATO-ya daxil olmasına Macarıstanın mövqeyi də mane olur. Baş nazir Viktor Orbanın sözlərinə görə, Budapeşt və Stokholm arasında ciddi fikir ayrılıqları qaldığı üçün ölkəsi hələ bu məsələyə baxmağa hazır deyil. Hökumət son illərdə İsveç siyasətçilərinin mütəmadi olaraq Macarıstanı demokratiyadan geri çəkilməkdə əsassız ittihamlar etməsindən və buna görə Aİ-nin vəsaitlərinin bloklanmasını tələb etməsindən narazılığını bildirib.
Tərcümə etdi: Səadət Sultan

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025