Dünya (31-03-2023, 11:23)
Yaponiya bu malların Rusiyaya ixracına qadağa qoydu
Yaponiya hökuməti Rusiya Federasiyasına bir sıra malların ixracına qadağa qoymaq qərarına gəlib.
Mediatv.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Qadağan olunmuş mallar siyahısına hava şarları, planerlər, mühərriksiz uçuş aparatları və onların komponentləri, paraşütlər, təyyarələr üçün əyləc sistemləri, yerüstü aviasiya hazırlığı üçün avadanlıqlar, pilotsuz uçuş aparatları üçün komponentlər və pilotsuz uçuş aparatlarının özləri, sualtı və hava çəkilişi üçün xüsusi optikalar, kompaslar və naviqasiya avadanlığı daxildir.
Yaponiya hökuməti Rusiyaya polad və alüminium məhsulları, istilik qazanları, generatorlar və optik liflərin ixracını qadağan edəcək. Siyahıya uşaq velosipedləri, oyuncaqlar, oyuncaq modelləri və maketləri və pazllar da daxildir.
Tədbirlərin aprelin 7-də qüvvəyə minəcəyi bildirilir.