Rusiya və İranın xarici işlər nazirləri Moskvada görüşəcəklər.
"Mediatv.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. O, Sergey Lavrov və Hüseyn Əmir Abdullahian arasında danışıqların martın 29-da keçiriləcəyini söyləyib.
Zaxarova qeyd edib ki, Lavrov-Abdullahian danışıqlarında iki ölkə arasında münasibətlər, İranın nüvə proqramı, Suriya, Əfqanıstandakı vəziyyət, Yaxın Şərq, Cənubi Qafqaz və Xəzər problematikası müzakirə olunacaq.