Böyük Britaniya rəsmi şəxslərə Çin sosial şəbəkəsi “TikTok”dan iş telefonlarında istifadə etməyi qadağan edib.Mediatv.az xəbər verir ki, bu barədə Lankaster Hersoqluğunun kansleri Oliver Douden bildirib.

Qərar sosial şəbəkənin hökumət məlumatlarını əldə etmə riski ilə bağlıdır.

Douden bildirib ki, sosial şəbəkədən istifadənin məhdudlaşdırılması “kibertəhlükəsizlik üzrə ekspertlərimizin məsləhəti ilə” atılan “müdrik” addımdır. O əlavə edib ki, iş telefonlarındakı “TikTok” dərhal bloklanacaq.

Britaniya hakimiyyətinin qərarına cavab olaraq, “TikTok” məyus olduğunu bildirib.

“Biz inanırıq ki, bu qadağalar əsaslı yanlış təsəvvürlərə əsaslanır və geosiyasətdən irəli gəlir”, - deyə sosial şəbəkənin mətbuat xidməti bildirib.