Dünya (16-03-2023, 19:47)
"Əməkdaşlığı artırmalıyıq" - Çavuşoğlu
"Biz Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) kimi böyük enerji layihələrini həyata keçirmişik. TANAP-dan əlavə təbii qaz nəqli Xəzər regionunu beynəlxalq bazara çıxarmaq üçün əməkdaşlığımızı artırmalıyıq"
Mediatv.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Toplantısında bildirib.
Biz Xəzər regionundan əlavə təbii qazın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlığı artırmalıyıq. Azərbaycanlı və türkmən qardaşlarımızla imzaladığımız üçtərəfli anlaşma memorandumu bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Asiyanın yenidən önə çıxdığı bu dövrdə qlobal ticarətdə Orta Dəhlizin payını artırmalıyıq. Biz Səmərqənd Sammitində bu istiqamətdə imzaladığımız müqavilələri tez bir zamanda həyata keçirməliyik. Biz iqtisadiyyatlarımızın sağlam inteqrasiyası üçün Türkiyə İnvestisiya Fonduna önəm veririk. Məqsədlərimizə daha tez çatmaq üçün katibliyimizi daha da gücləndirəcək qərarlar qəbul etməliyik”-deyə nazir bildirib.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Toplantısında Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu, Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Bəhtiyor Saidov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, Qazaxıstanın xarici işlər nazirinin birinci müavini Kayrat Umarov, xarici və xarici ticarət naziri Macarıstan Peter Szijjarto, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu, Türkmənistanın İstanbul baş konsulu Myratgeldi Seyitməmmedov və TDT-nin baş katibi Kubanicbek Omuraliyev iştirak edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024