Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-03-2023, 09:10)
Bu, Ermənistan ordusunu gücləndirəcək – Türk polkovnik

 Ermənistan ötən ilin dekabr ayında da Hindistandan “Konkurs-M” raketləri və ATAGS topları almaq üçün aktiv danışıqlar aparırdı.
Bu sözləri Axar.az-a Ermənistanın Hindistandan almaq istədiyi “MArG 155/39” özüyeriyən haubitsalar və “Pinaka” raket kompleksləri haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.
Polkovnik modernizasiya edilmiş “MArG 155/39” haubitsalarının yerinin təsbit edilməsinin və vurulmasının çətin olduğunu bildirib:
“Ermənistan Rusiyanın Ukrayna müharibəsinə başı qarışdığı üçün oradan silah tədarük edə bilmir. Ona görə də silah sistemləri və hərbi texnikası Rusiyaya yaxın olan Hindistandan silah almaq istəyir. İrəvan Qərbdən də silah ala bilər. Lakin əlində olan silah və hərbi texnika logistika və əməliyyat zamanı ümumi koordinasiya baxımından ABŞ və NATO tələblərinə cavab vermir. Ona görə də bundan sonrakı mərhələdə Hindistanın davamlı şəkildə Ermənistan üçün əsas silah tədarükçülərindən biri olacağını deyə bilərik. İndi isə "MArG 155/39" özüyeriyən haubitsa və “Pinaka” raket komplekslərinin alınması üzrə danışıqlar aparılır.
155 millimetrlik MArG-ın orjinalı qoşqulu olur, yəni hərbi maşınların arxasına qoşula bilir. Haubitsalarda ən önəmli məsələ atəş sürətidir. Qoşqulu topların mövqelərə yerləşdirilməsi vaxt aldığı üçün onun atəş sürəti də azalır. Ona görə də belə toplara çox üstünlük verilmir. Lakin Hindistan Müdafiə Nazirliyi bu topları modernizasiya edib və onları 4x4 motor gücünə sahib 18 tonluq hərbi maşınların üzərinə yerləşdirib.
Sözügedən maşınlar dağlıq ərazilərdə çox təsirli fəaliyyət göstərir. Əgər Ermənistan bəhs etdiyimiz “MArG 155/39” haubitsalarından alsa, onlar çox hərəkətli olacaq və sürətli şəkildə yerini dəyişdirəcək. Onların təsbit olunması və vurulması çətindir. Ancaq qoşqulu şəkildə olsa, onların atış sayı dəqiqədə bir və ya ikidir, yerdəyişməsi isə ən az yarım saat davam edir. Atış mənzilləri təxminən 40 kilometrə yaxındır”.
Sadiq Akyar “Pinaka” raket sistemlərinin xüsusiyyətlərindən də bəhs edib:
“Pinaka” raket sistemləri Azərbaycan və Ermənistanın inventarında olan Rusiyanın istehsal etdiyi BM-21 qradlarının oxşarıdır. “Pinaka”ların əsas modernizasiyası 1992-ci ildə tamamlandı, lakin yenə üzərində işlər davam etdirilir. Böyük ehtimal Ermənistan Hindistandan “Pinaka-1” və “Pinaka-2”-ləri almaq istəyir. Bunlar da BM-21 Qradı kimi 122 millimetr çapındadır. Mənzili 40-60 km-dir. Ən önəmli xüsusiyyəti 44 saniyədə 12 raket ata bilməsidir. Bu nə deməkdir? Bir raketin təsir dairəsi əlli kv.metrdir. Yəni 44 saniyədə 600 metrdən çox radiusda bir ərazini atəşə tutmaq mümkündür. Bu isə çox ciddi bir atəş gücüdür. Ermənistanın bu raket sistemlərindən ən azı bir baterya alacağını ehtimal edirəm. Bir bateryada isə 72 raket olur”.
Alim bildirib ki, alınacaq haubitsa və raket sisteminin Ermənistan ordusunu gucləndirəcəyi şübhəsizdir:
“Ancaq hər zaman gündəmə gətirdiyimiz bir məqamı yenidən nəzərinizə çatdırmaq istəyirəm. Bu silah sistemlərini uzun müddət təlim görmüş peşəkar hərbçilər idarə bilər. Hər nə qədər Rusiya istehsalı olan sistemlərinə bənzəsə də, bəhs etdiyimiz silah sistemlərinin logistikası, onların sursatla təmin edilməsi müəyyən problemlər yaradacaq. Ermənistan ordusunun təlim səviyyəsi nəzərə alındığı zaman isə belə silah sistemlərindən istifadənin vaxt alacağını düşünürəm. Sonda önəmli bir məqama diqqət çəkmək istəyirəm. Bayaq da qeyd etdiyim kimi, artıq Hindistan Ermənistanın önəmli silah tədarükçülərindən birinə çevrilib. Fikrimcə, Azərbaycan Türkiyə ilə birlikdə Hindistanla diplomatik danışıqlar aparmalı və Ermənistanın silah tədarükü yolunu bağlamalıdır. Ankara və Bakının əlində olan imkan və təsir vasitələri ilə bunun qarşısını almaq mümkündür”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024