Dünya / Karusel (27-01-2015, 13:24)
ABŞ-da fövqəladə vəziyyət
Nyu-Yorkda həyat iflic oldu
ABŞ-ın iri meqapolisi olan Nyu-Yorkun rəhbərliyi fövqəladə güclü qar çovğunu ilə əlaqədar ictimai nəqliyyatın işinin müvəqqəti olaraq dayandırılması barədə sərəncam verib.
"Report" xəbər verir ki, yaxın saatlarda Nyu-Yorka rekord miqdarda qar düşəcəyi gözlənilir.
Sinoptiklərin proqnozlarına görə, bir neçə saat ərzində şəhərə 90 sm. qar düşə bilər, küləyin sürəti isə saatda 120 km-ə çatacaq. Nyu-Yorkda bazar ertəsi məktəblər açılmayıb, avtomobil sahiblərinə isə evdən çıxmaq qadağan edilib.
Analoji qərar Nyu-Cersi ştatının bir sıra şəhərlərində də qəbul olunub. Bir sıra yollar təhlükəsizlik məqsədi ilə bağlanıb. İctimai nəqliyyatın işi son dərəcə məhdudlaşdırılıb.
ABŞ-ın şərq sahillərinə yaxınlaşmaqda olan qar fırtınası ilə əlaqədar ümumilikdə dörd ştatda - Nyu-York, Konnektikut, Nyu-Cersi və Massaçusetsdə fövqəladə vəziyyət elan olunub.
Qeyd olunur ki, ABŞ-ın şimal-şərqində 5 minə yaxın aviareys təxirə salınıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025