Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (2-10-2022, 14:36)
NATO-nun 9 ölkəsi Ukraynaya hərbi yardımı artırmağa çağırıb

 NATO-nun 9 ölkəsi (Polşa, Çexiya, Estoniya, Latviya, Litva, Şimali Makedoniya, Monteneqro, Rumıniya, Slovakiya) Ukraynaya hərbi yardımı əsaslı şəkildə artırmağa çağırıb.

Mediatv.az-ın məlumatına görə, bu barədə "RBC-Ukraina" liderlərin müvafiq bəyanatına istinadən xəbər verir.

"Biz 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitinin Ukraynanın gələcək üzvlüyü ilə bağlı qərarını qətiyyətlə dəstəkləyirik. Rusiyanın bütün işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edirik və bütün müttəfiqləri Ukraynaya hərbi yardımını əhəmiyyətli dərəcədə artırmağa çağırırıq”, - bəyanatda deyilir.

Bəyanat müəllifləri qeyd edib ki, onlar Rusiyanın Ukrayna ərazisini ilhaq etmək cəhdlərini tanımırlar və heç vaxt tanımayacaqlar.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalayıb. Ukraynanın qərarı artıq Kanada, Litva, Latviya və Estoniya kimi dörd ölkə tərəfindən dəstəklənsə də, prosedur Alyansın bütün 30 üzvünün yekdilliklə təsdiqini tələb edir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024