Türkiyənin Muş şәhәrinin Malazqirt qәsәbәsindә PKK terror təşkilatına qarşı ‘‘Eren Abluka-36’’ әmәliyyatına start verilib.

"Mediatv.az" xəbər verir ki, bu barәdә Türkiyənin Daxili İşlәr Nazirliyindәn bildirilib.

Mәlumata görə, PKK-nı ölkәnin gündәmindәn çıxarmaq vә bölgәdәki terrorçuları zәrәrsizlәşdirmәk mәqsәdilә Hakkaridә ‘‘Eren Mühasirә-2’’ әmәliyyatına başlanılıb.

Qeyd edәk ki, әmәliyyatda 513 hәrbi personal iştirak edir.