Cəmiyyət (6-07-2022, 16:12)
Ziya Məmmədovu DAMLAMAQ ÜÇÜN NƏ LAZIMDIR? - Vəkildən AÇIQLAMA
2008-ci ildə tikilən Bakı-Quba-Rusiya yolu dəfələrlə təmir olunub. İnternet materiallarında bildirilir ki, bu yolun tam istifadəyə verilməsi üçün dövlət büdcəsindən 545 milyon 287 min 800 manat xərclənib. O zaman nəqliyyat naziri olan Ziya Məmmədov yolun 30 il davam gətirəcəyini bəyan etmişdi. Bəs nə oldu? Yol indi yenidən qurulur...
Mediada dəfələrlə iddia olunub ki, bu yol üçün ayrılan vəsait mənimsənilib. O üzdən də keyfiyyətsiz olub. Bəs, bu iddia ilə bağlı bu vaxta qədər nə üçün hər hansı hüquqi tədbir görülməyib? Mediatv.az-ın məlumatına görə, mövzu haqda Yenisabah.az-a danışan vəkil Əsabəli Mustafayev deyib ki, hökumət həyata keçirdiyi tenderlərdə məqsədli şəkildə məmurlara məxsus şirkətləri qalib edir:
“Təkcə Bakı-Quba yolunun deyil, digər yollar haqqında da belə fikirlər səslənir. Bu yolların çəkilməsi sonra tez-tez təmir olunması büdcə pullarının mənimsənilməsi ilə əlaqədardır. Bu, inandırıcıdır.
Bakı-Quba yolunun yeni salınanda 30 il zəmanət verilmişdi. Deyirdilər ki, dünyanın ən qabaqcıl standartları ilə, texnologiyası ilə salınmış yoldur. Ancaq həmin yolun salınandan iki il sonra təmirlər başladı.
Hökumət tenderlərdə həmin məmurların özlərinə məxsus olan şirkətləri qalib edir. Onlar da təmiri çox keyfiyyətsiz materiallarla həyata keçirirlər. Mənim fikrimcə, bunun arxasında büdcə pullarının talanması durur. Hesablama Palatası büdcə pullarının xərclənməsinə nəzarət etməlidir”.
Vəkil bildirib ki, ortada iddialar varsa, dövlət bu zaman müəyyən prosedurları başlamalı, hüquqi təqiblər həyata keçirməlidir:
“Belə materialların mətbuatda dərci dövlət qurumları üçün həmin məsələylə bağlı araşdırılmaya başlanılmasına əsas olmalıdır. Cinayət işinin başlanması üçün əsaslar var. Həmin əsaslardan biri də KİV-də yayımlanmış materiallardır.
Aidiyyatı qurumlar təmir işi başa çatdıqdan sonra yoxlama aparmalıdır. Əgər, bu, yoxdursa, deməli, bu qurumlar arasında cinayətkar birlik var. Bəzən yollar heç təmir də olunmur, ancaq bunun üçün ayrılmış pullar yeyilir.
Yolların istifadə intensivliyindən asılı olaraq, tikintisində hansı materiallardan istifadə olunmasını müəyyənləşdirmək olar. Hər bir materialın zəmanəti olmalıdır. Nə qədər ki, xidmət sahələri məmurlara birbaşa bağlıdır, o sahələr keyfiyyətsiz işləyəcək. Ən pisi də odur ki, onların heç biri vergi ödəyicisi deyil” – deyə, vəkil fikirlərini yekunlaşdırıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024