Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-06-2022, 10:44)
“Paşinyanın yallı getdiyi yerdə oynayacağıq” - Şuşa Teatrının direktoru

 Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov Teleqraf.com-un suallarını cavablandırıb.Mediatv.az həmin müsahibəni təqdim edir:

- Yadigar bəy, bu gün Şuşada Şuşa Teatrının kollektivi olaraq ilk tamaşanızı nümayiş etdirəcəksiniz. Həyəcanınızı sözlərlə ifadə etmək mümkündürmü?

- Arzu edirdim ki, Şuşaya qayıdıb, illər öncə hazırlayıb, amma Şuşada oynaya bilmədiyimiz Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını təqdim edək. O tamaşanı teatrımızın bərpasından sonra ilk açılışında oynamalı idik. Amma qismət olmadı.

Bilirsiniz ki, teatr 1938-ci ildə Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı adı ilə yaranıb. 1943-cü ildə Üzeyir Hacıbəylinin adını daşıyan Şuşa Dövlət Musiqili Dram Teatrı adlanmağa başlayıb. Amma 1949-cu ildə mənfur düşmənlərimizin səyi nəticəsində teatrın fəaliyyəti dayanıb.

Doğrudur, dram dərnəyi, xalq teatrı formasında yenə də nələrsə olunurdu. 1990-cı ildə Həsən Həsənov və Polad Bülbüloğlunun sayəsində Üzeyir bəyin vəfatından 41 il sonra yenidən dövlət teatrı bərpa olundu. O vaxt Mədəniyyət Nazirliyi bizə altı ay vaxt verdi. Tamaşalar hazırlayıb təqdim etməli idik. Tamaşa hazırlandı, amma biz onu Şuşada oynaya bilmədik. Hər gün xoşagəlməz hadisələr baş verirdi, acı xəbərlər alırdıq. Bir sözlə, Şuşada o ab-hava qalmamışdı. Ona görə teatrın açılışını edə bilmədik. Halbuki, biz o vaxt “Arşın mal alan” operettasını təqdim etməyə hazırlaşırdıq. Qismət olmadı. Köçkün düşəndən sonra ilk tamaşamızı - “Arşın mal alan”ı 1993-cü ildə Gənc Tamaşaçılar Teatrının səhnəsində oynadıq.

Üzeyir bəyin vəfatından bir il sonra 1949-cu ildə Şuşada teatr bağlanandan bu günə qədər 73 il keçib. Və 73 ildən sonra Şuşada Şuşa Teatrı tamaşa oynayır. Bu tarixi andır.

- Amma “Arşın mal alan”ı deyil, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”ı təqdim edirsiniz.

- Bu yaxınlarda bizim teatr haqqında sənədli film çəkdilər. İki aktyorumuz bizim teatrın dağılmış yerində salınan parkda Telli ilə Vəlinin duetini oynadı. Bu arzumuzu belə reallaşdıra bildik.

Bu gün isə bəli, siz dediyiniz kimi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını səhnəyə qoyacağıq. Tamaşa on ildir ki, teatrın repertuarındadır. Əsərə rejissor Loğman Kərimov quruluş verib.

Yaxın günlərdə Loğman müəllimin hazırladığı digər – “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşasını Şuşaya gətirib, gözəl bir konsert proqramı hazırlayıb bu ilki teatr mövsümünü ilk dəfə olaraq Şuşada yekunlaşdırmaq istəyirik.

- Bu günki tamaşanı hansı ərazidə oynayacaqsınız?

- Paşinyanın yallı getdiyi yerdə...

- Yadigar bəy, ilk sualıma hələ də cavab ala bilmədim. O vaxt Şuşadan çətinliklə ayrılan teatrın kollektivi bu gün azad olunmuş Şuşada hansı hisləri keçirir?

- Mən bir nümunəni deyəcəm. Teatrımızın aktyoru, əməkdar artist Azad Məmmədovu gərək görəydiniz. Onun halı çox pis oldu. Azad şuşalıdır, aktyorluqdan əlavə həm də musiqiçidir. O çox pərişan idi, dəva-dərmandan sonra özünə gəldi. Onu başa düşürəm, çox çətindir. Böyüdüyün, havasını udduğun torpağı özün istəmədən tərk edirsən. Və bir gün geri dönürsən...

Dünən səhər 5:30- da teatra yığışıb, Şuşaya gəlməyə hazırlaşırdıq. İçimdə bir arzu yarandı və bunu teatrın kollektivi ilə bölüşdüm. Dedim, Allah bizə qismət eləsin, bir gün bura yığışıb Şuşaya köç edək.

- Şuşa azad olunandan bəri teatr olaraq ilk dəfədir o torpaqlardasınız. Nə əcəb bu qədər səbr edə bilmisiniz?

- Bu, bizdən asılı olmayan səbəbdən baş verib. Şuşada elə bir şərait yaradılmamışdı. Keçən il biz ilk dəfə “Xarıbülbül” festivalına qatıldıq. Sadəcə seyrçi kimi gəlmişdik, festivalda bizim iştirakımız olmadı.

Hazırda Şuşada abadlıq işləri gedir, biz arzulayırıq ki, günlərin bir günü teatrın binası yenidən tikilsin və orada tamaşa oynayaq. Yəqin o gün də gələcək.

- Yadigar bəy, bildiyim qədər Şuşa Teatrının Bakıda formalaşmasında Həsən Əblucun da böyük xidmətləri var idi.

- Şuşa təzə işğal olunmuşdu. Bir gün Gənc Tamaşaçılar Teatrının qarşısındakı çayxanada oturmuşuq, Həsən Əbluc gəldi, dedi Yadigar, Bakının küçələrində çox avaralanacaqsınız? Bu söz mənə çox pis təsir etdi. Onsuz da qəlbim sınıqdır. Dedi, çox ciddiyəm, teatr açmaq çətindir, amma açılıbsa onu yaşatmaq lazımdır. Çağırış et. Hamını çağır gəlsin, biz də kömək edək teatr yaşasın. Həsən müəllimin bu sözü mənə cəsarət verdi.

O vaxt Azərbaycan Televiziyasında aparıcı Hicran Hüseynov bir veriliş hazırladı: “Hardasan, Şuşa Teatrı”? Biz həmin verilişdə çağırış etdik. Azad Şükürovla qapı-qapı düşüb məkan axtardıq. Heç kim bizə yer vermədi. Həsən müəllim dedi, biz niyə Kamala (Kamal Əzizov- Gənc Tamaşaçılar Teatrının o vaxtki direktoru – red) demirik ki...Beləcə, Kamal müəllimlə danışdıq, razılaşdı.

Kamal müəllim bizə Gənc Tamaşaçılar Teatrında sığınacaq verdi: artıq teatrın otaqlarından, sexlərindən istifadə üçün icazəmiz var idi.

Kamal müəllim bizə kiçik, böyük zallarda məşqlərimizi aparmağa şərait yaratdı. Həftənin bir günü- onlar istirahət edəndə biz tamaşa oynayırdıq. Gənc Tamaşaçılar Teatrının kollektivi o mənada bizə əzizdir. Onlar bizə qucaq açdılar, sığınacaq verdilər. Bu günə qədər də dostluğumuz davam edir.

Allah Həsən Əbluca da Kamal Əzizova da rəhmət eləsin. Mən Həsən Əblucu teatrımızda işə götürdüm. “Müsyo Jordan”ı teatrda ilk dəfə Həsən Əbluc hazırladı. Çox maraqlı və fərqli quruluş idi.

Həsən müəllim deyirdi, elə bilirsiniz ki, sabaha birigünə Şuşaya qayıdacaqsınız. Yox, biz də Cənubi Azərbaycandan gələndə elə bilirdik. 30 il keçdi. Ali baş komandanın, igid ordumuzun sayəsində biz öz doğma torpaqlarımıza, evimizə qayıtdıq.

Biz çətinliklə də olsa Şuşa Teatrını yaşatdıq, yaşadırıq. O məqsədlə ki, bir gün teatrı Şuşaya gətirək və ömrünü burada davam etdirsin.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024