Cəmiyyət (27-06-2022, 11:10)
İntihara cəhd edən direktordan İLGİNC AÇIQLAMALAR

"Anar Qədimalıyevin rəhbərlik etdiyi təhsil idarəsi səhvlərini gizlətmək üçün bildiriblər ki, guya məktəbimizin sabiq ingilis dili müəlliminin biri xarici ölkədə yaşayıb. Ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əməkhaqqı köçürülüb, habelə 04 aprel tarixində işdən azad edilib. Və guya yerli araşdırma nəticəsində bu məlumat təsdiqini tapıb. Guya həmin müəllimin də dərs saatları müvafiq müəllimlər arasında bölünməsi barədə əmrim düzgün olmayıb. Ona görə də intihara cəhd etmişəm. Ağ yalandır, buna hansı ağlı başında olan biri inanar?
Qarayeva əlavə edib: "Bildirirəm ki, deyilən müəllim bu ilin yanvarından analıq məzuniyyətinə buraxılıb və müəllimlə məktəb arasındakı müvafiq əmək müqaviləsinin xitam olunduğu tarixədək (04 aprel 2022) ona heç bir əməkhaqqı yazılmayıb, tabelə imza atılmayıb. Belə özbaşınalığı etmək mümkünsüzdür, özləri bu işlərə nəzarət edirlər. Bu vəziyyətimdə mənə və məktəbə qarşı belə bayağı yalanı səsləndirməyi, bir qadını şərləməyi özlərinə necə sığışdırırlar?!"- sitatın sonu.
Onu da bildirək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (GDRTİ) sözügedən iddiası üzrə sabiq müəllimin nə vaxtdan ölkə xaricində olması barədə aidiyyəti dövlət orqanlarına sorğu göndərib, bu yolla da direktorun intihara cəhdində hədəfdən yayınmağa çalışır. Həqiqət belədir ki, GDRTİ-nin rəhbəri Mətanət Qarayevanı direktorluqdan çıxarıb məktəbin rəhbərliyini öz yaxın qohumu, həmin məktəbin təşkilatçı müavini, Gəncə İHB-nin humanitar məsələlər şöbəsinin müdirinin müavini Azər İbrahimovun qaynanası Nüşabə Məmmədovaya devr etmək istəyilə məktəbə basqılar həyata keçirib. Nəticədə, Anar Qədimalıyevin təzyiqlərinə sinirləri dözməyən direktor iyunun 23-də səhər saatlarında yaşadığı evdə dərmanlar içərək intihara cəhd edib.
Hadisə ilə əlaqədar Göygöl rayon prokurorluğunda cinayət işi açılıb və olay Gəncə Baş polis İdarəsi tərəfindən də araşdırılır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025