Slayd / Təhsil (22-06-2022, 11:40)
Regional Təhsil İdarəsinin müdiri məktəb direktorunu intihara vadar edir

DİA.AZ bildirir ki, təbii olaraq belə bir etimadın ardından Anar Qədiməliyev də istədiyini etməli idi. Çünki onun özündə də əminlik yarandı ki, etdiyi özbaşınalıqların mükafatı olaraq onu vəzifə pilləsində yüksəldənlər bundan sonrakı qanunsuzluqlarına da göz yumacaqlar. Və beləcə də Gəncə təhsilini batırmaqda olan Anar Qədiməliyev hazırda bütünlükdə olaraq bütöv bir regionda təhsil sisteminin evini yıxmaqla məşğuldur.
Bunun da nəticəsi olaraq bu gün Gəncə təhsili ilə bağlı DİA.AZ-a sanki cəbhə xəttindən gəlkirmiş kimi neqativ olayları ifadə edən xəbərlər gəlməkdədir.
Redaksiyamıza Gəncədən verilən məlumatlara görə, özünün haqsız tələbləri ilə Gəncə şəhər 1 saylı tam orta məktəbini direktoru Mətanət Qarayevanı boğaza yığan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev nəhayətdə istəyinə çatıb, müəlliməni intihar həddinə çatdırıb.
Bu barədə DİA.AZ-a məlumat verən mənbənin sözlərinə görə, hazırda Göygöl xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilən Mətanət Qarayevanın durumu ağırdır: "İntihar edən məktəb direktorunun səhhəti ağırdır və ciddi həkim nəzarəti altındadır".
Əlavə bilgilərimiz olacaq. Olayla əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025