Cəmiyyət (4-06-2022, 17:07)
Aeroportda Rəsul Quliyevdən 1 milyon dolları kim çırpışdırmışdı?
4 iyun 1993-cü il… Bu gün müasir Azərbaycan tarixinin ən qara və qaranlıq səhifələrindən biridir. Ona görə ki, məhz bu gün qardaş-qardaşın qanını axıtdı. Bu günün qalibləri olmadı. Hər kəs məğlub idi. O gün miilli birliyimiz çox böyük zərər gördü. Bir çox dəyərlərimiz məhz o günlər dəfn edildi.
Surət Hüseynov niyə qiyama qalxdı?
1992-ci ilin payızında yenicə formalaşan Azərbaycan ordusu Qarabağda zəfər yürüşünə başladı. Bir neçə aya ordu dəstələrimiz Ağdərəni, Əsgəranı və digər bölgələri erməni işğalından azad etdi.
Lakin hansısa gizli əl tərəfindən Azərbaycan ordusunun zəfər yürüşü dayandırıldı. Cəmi bir-neçə gün ərzində yüzlərlə şəhidlərimizin qanı bahasına azad edilən torpaqlarımız yenidən ermənilərə təslim edildi.
AXC-Müsavat hakimiyyəti qələbəyə bu qədər yaxın ikən nəyə görə təslimçiliyə getdi? Bu sualların cavabı 30 ildir ki, bilinmir.
Bilinənsə odur ki, Vətənimizin bu dilbər guşəsi döyüş meydanlarında deyil, siyasi oyunlarda ermənilərə təslim edildi. Bir də o bilindi ki, bu təslimçilik olayından sonra Surət Hüseynovla AXC-Müsavat iqtidarı arasında ciddi fikir ayrılıqları yarandı. Sonradan isə bu düşmənçiliyə qədər inkişaf etdi.
1993-cü ilin fevralında Fərəc Quliyev AXC Ali Məclisinin adından bəyənat yaydı. Bəyənatda Surət Hüseynovun fəxri adının və müstəsna səlahiyyətlərinin geri alınması hakimiyyətdən tələb olunurdu. Lakin nədənsə Məclisin bu qərarı eşidilmədi.
Bununla belə artıq körpülər yandırılmışdı. Surət birmənalı şəkildə AXC-Müsavat iqtidarını qəbul etmirdi və ciddi konfrantasiyalara gedirdi.
Surət Hüseynov öz hərbi birləşmələrini Gəncəyə toplayaraq öz idarə-üsulunu bu zonada tətbiq etmişdi. Məhz bundan sonra Surət Hüseynovu cəzalandırmaq üçün iyunun 2-də AXC-Müsavat iqtidarı ölkədə fövqəladə vəziyyət elan etmədən Gəncəyə qoşun yeridilməsinə qərar verdi. Nəticədə qardaş qanı axıdıldı.
Silahların danışması vəziyyəti daha da gərginləşdirdi. Gəncəyə gələn baş prokuror İxtiyar Şirinov və digər rəsmi şəxslər Surət Hüseynovun silahlı dəstəsi tərəfinə keçdi. Bu azmış kimi baş prokuror Prezident Elçibəyin həbs olunması barədə əmr imzaladı.
1998-ci ildə İxtiyar Şirinovdan müsahibə alarkən bu həbs qərarının hansı zərurətdən doğduğunu soruşdum. Onun cavabı gözlədiyimdən qısa oldu: “Mən bu addımı atmasaydım, Surət bizi öldürəcəkdi”.
Əslinə baxsan İxtiyar Şirinovun dediyində həqiqət var idi. Çünki, öz ordusu ilə Nəvahi stansiyasına qədər gələn Surət Hüseynov iyunun 13-də AXC-Musavat hakimiyyətinə ultimatum vermişdi ki, “3 günə istefaya getməsəniz, gəlib hamınızı Azadlıq meydanında quracağım dar ağacından asajam”. Təbii ki, bütün bunlar o zaman ölkədə yaranmış hərbi-siyasi qarşıdurmanın acı mənzərəsi idi.
Lakin unutmayaq ki, AXC-Musavat iqtidarını təkcə Surət Hüseynov laxlatmadı. Bu cütlüyün hakimiyyətinin sonunu gətirən əsas səbəb siyasi səbatsızlıq, anarxiya və Pənah Hüseynov demiş “pezpridel” idi.
Pənah Hüseynov baş nazir kimi nədən narazı idi?
Vaxtilə Nazirlər Kabinetində işləmiş bir tanışım danışır ki, Pənah Hüseynov baş nazir kimi fəaliyyətə başladığı gün bir qucaq sənədlə onun qəbuluna getdim. Sənədlərin çoxluğundan gözü böyüyən Pənah bəy təəccüblə soruşdu ki, “bunlar nədir?” Dedim ki, “icrası vacib sənədlərdir. Baxmalısınız, sonra da aidiyyatı üzrə şöbələrə yazmalısınız”. Bu sözlərimdən xeyli kefi pozulan Pənah bəy “Ayə, tay denən, işimiz var dənə…” deyib başını buladı.
Bax, o vaxt hakimiyyətdəkilərin tutduqları yüksək posta yanaşması məhz bu cür idi. O zamanlar Rəhim Qazıyevin, İskəndər Həmidovun hərəkətləri nəinki nazir vəzifəsinə, heç statistik orta azərbaycanlı davranışına uyğun gəlmirdi.
Rəsul Quliyev İskəndər Həmidovla Rəhim Qazıyev 1 milyon dollar niyə vermişdi?
O illərdə Rəsul Quliyev “Azneftyağ” İB-nin baş direktoru idi. Bu zavod emal etdiyi neft məhsullarının bir hissəsini xaricə satırdı. Təbii ki, yeni müstəqillik qazanan ölkədə normal bank fəaliyyəti də yox idi. Ona görə də bütün xarici ticari əlaqələr nağd hesablaşma ilə aparılırdı.
Bir gün Rəsul Quliyev 1 milyon dollarla xaricdən qayıdırmış. Bunu eşidən o vaxtki, Daxili İşlər naziri İskəndər Həmidov və Müdafiə naziri Rəhim Qaziyev hava limanındaca Rəsul Quliyevi yağmaladılar. O zaman bu məsələ xeyli müzakirə olundu.
Bir dəfə jurnalistlərdən biri İskəndər Həmidovdan həmin 1 milyonun taleyini soruşanda, o təbirini pozmadan dedi ki, “o pulun yarım milyonu mənim seyfimdədir, qalanını isə gedin Rəhim bəydən soruşun”. Ən qəribəsi odur ki, bu olaydan az sonra Rəsul Quliyev birdən birə baş nazirin müavini təyin edildi.
Leyla Yunus “JEK” işçilərini necə döydürdü?
Belə dəhşətli faktlar o günlərin acı reallığı idi. Nazirlər bir yana hətta xırda məmurlar da at oynadırdı. Müdafiə Nazirliyinin o vaxtkı mətbuat xidmətinin rəhbəri, indiki “ədalət aşiqi”, “siyasi mühacir” Leyla Yunusu bir gün evə gələndə baxır ki, su gəlmir. Soruşanda deyirlər ki, həyətdə “jek”-in işçiləri nəsə iş görür. Ona görə də su kəsilib”. Bundan qəzəblənən Leyla xanım bir dəstə hərbçi ilə fəhlələrin üstünə gedir, onları yaxşıca əzişdirtdirib və qeyzlə “siz kimsiniz ki, mənim suyumu kəsirsiniz”, – deyib…
Əbülfəz Elçibəy: “Burda nə var ki?!”
Təbii ki, bu özbaşnalıqlar AXC- Musavat iqtidarının sonunu gətirdi. Və iyunun 17-də prezident Əbülfəz Əliyev heç kimə heç nə demədən Kələkiyə getdi. 1998-ci ildə Əbülfəz Əliyev Bakıya dönəndən sonra “Azadlıq” qəzetinin redaksiyasında ilk dəfə mətbuat konfransı keçirirdi.
O vaxt bu tədbirdə mənim Əbülfəz bəyə ünvanladığım “Siz Azərbaycan gəmisini batan zaman kapitan kimi onu xilas etmək əvəzinə fərarilik edib qaçdınız.
Bu günsə heç nə olmamış kimi geri döndünüz. Qorxmursunuz ki, xalq sizə gülə? – sualıma bəyin verdiyi “orijinal” “Təbii şeydir, gülən də olacaq, ağlayan da. Burda nə var ki?!” cavabı uzun illər acı təbəssümlə xatırlandı.
İsa Qəmbər nəyi etiraf etdi?
Nəhayət, 15 iyunda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycan dövlətini dağılmaqdan, xalqımızı vətəndaş müharibəsindən qurtarmadı, həm də AXC-Musavat iqtidarını Surət Huseynovun Azadlıq meydanında quracağı dar ağacından xilas etdi.
1993-cü ilin iyun ayının 21-də Milli Məclisin iclasında İsa Qəmbərin yalvarışla Heydər Əliyevə söylədiyi “Heydər bəy, biz sizin siyasi və dövlətçilik təcrübənizə çox inanırıq.
Ümid edirik ki, tezliklə ölkəmizi bu vəziyyətdən qurtaracaqsınız…” fikirləri o vaxtlar əslində bir təşəkkür mesajı kimi qəbul edildi. Ona görə də bu adamlar ölənə qədər Heydər Əliyevin ruhu qarşısında borcludurlar.
Surxay Atakişiyev, Bizim.Media

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024