Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (23-09-2014, 19:52)
Bələdiyyə sədri niyə intihar etdi? - ŞOK TƏFƏRRÜAT - ÖZƏL

Bələdiyyə sədri niyə intihar etdi? - ŞOK TƏFƏRRÜAT - ÖZƏL

 

Göyçay rayonunda bələdiyyə sədri Mahmud Şıxməmmədovun intihar etməsi ilə bağlı şok məlumatlar yayılıb.

Hadisə ilə bağlı Mediatv.az-ya daxil olan ilginc məlumata görə, bələdiyyə sədri mərhum Mahmud Şıxməmmədov ötən gün istintaqa çağırılıb. 

Bundan sonra bələdiyyə sədri kredit götürmək üçün bir neçə banka müraciət edib, lakin kredit götürə bilməyib. 

Göyçaydakı mənbənin bildirdiyinə görə, ondan külli miqdarda pulun tələb oldunduğu iddia edilir. Bu məbləğın hətta 30-50 min manat civarında olduğu deyilir. 

Mərhumun qardaşı oğlu Rahib Şıxməmmədov isə bildirdi ki, hazırda yas mərasimindədirlər və hadisə ilə bağlı ətraflı məlumat verəcəklər: "Müxtəlif versiyalar var. Dəqiq məlumatları sizə çatdıracağıq. İndi hüzür mərasimidir və başımız qarışıb". 

Məsələ ilə bağlı Göyçay rayon Prokurorluğunun böyük müstəntiqi Emin Qurbanovla əlaqə saxladıq.

O, Qaynar.info-ya bildirdi ki, bir müddət öncə Rayon Prokurorluğu tərəfindən bələdiyyə sədrinə Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işi açılıb: "Prokurorluqda 178-ci maddə (dələduzluq) ilə ona cinayət işi açılıb. İstintaq materialları toplanaraq Rayon Polis Şöbəsinin İstintaq Şöbəsinə göndərilib. Cinayət işi ilə bağlı Polis Şöbəsi ilə əlaqə saxlamaq lazımdır. Dələduzluqla bağlı işə istintaq şöbəsi baxır. İş isə istintaq şöbəsinin müstəntiqi Saleh Muştaqovdadır. Bələdiyyə sədrinin intihar etməsinə gəlincə, hadisənin səbəbləri isə tərəfimizdən araşdırılır. Hələ ki, Mahmud Şıxməmmədovun hansı səbəbdən intihar etməsi bəlli deyil".

İstintaq şöbəsinin müstəntiqi Saleh Muştaqov isə Qaynar.info-ya bildirdi ki, bələdiyyə sədrindən pul tələb olunması ilə bağlı yayılan məlumatlar əsassızdır. Ona ağır maddə ilə cinayət işi açılıb və bu səbəbdən də o, intihar edib: "İş Baş Prokurorluğun nəzarətindədir. Ondan rüşvət istəniləməsi ilə bağlı iddialar əsassızdır. Onun barəsində ağır maddə ilə - Azərbaycan Respublikası CM–nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılmışdı. Cinayət işi Rayon Prokurorluğunda bu ayın 20-də başlanıb və polis şöbəsinə göndərilib. Onun intihar etməsi də bununla bağlıdır, çünki üstündə ağır maddə var idi". 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024