Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-02-2022, 23:12)
"Vəkillər Kollegiyasının əsas məqsədlərindən biri də formal vəkilliklə mübarizədir" - Anar Bağırov

 

"Bu gün bizim əsas məqsədlərimizdən biri də formal vəkilliklə mübarizə aparmaqdır".
Bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, cəmiyyətin vəkilliyə olan inamının artırılması üçün ardıcıl işlər görülür.
"Ötən gün Vəkillər Kollegiyası Rəyasət Heyəti və İntizam Komissiyasının üzvlərinin, o cümlədən 100-dən çox vəkil bürosunun rəhbərinin iştirakı ilə müşavirə keçirdik. Onlayn formatda keçirilən müşavirədə dövlət hesabına göstərilən hüquqi yardım sahəsində mövcud olan problemləri müzakirə etdik. Uzun illərdir ki, bu sahədə problemlər mövcuddur və onların həlli diqqət mərkəzimizdədir. Hesab edirəm ki, həyata keçirilən tədbirlər bu sahədə neqativ halların qarşısını alacaq. Məqsədimiz odur ki, vətəndaşlara dövlət hesabına göstərilən hüquqi yardım keyfiyyətli olsun. Ona görə də dünənki iclasda bu sahədə nöqsanların daha dəqiq araşdırılması və aradan qaldırılması üçün monitorinq qrupunun yaradılmasına qərar verdik. Çalışırıq ki, vəkillik beynəlxalq standartlara cavab versin və insanların vəkilliyə inamı artsın", - deyə A.Bağırov qeyd edib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024