2022-ci il üçün sosial islahatlar paketi 2,1 milyon insanı əhatə edir.

Mediatv.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Nazirlər Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkəmizdə son 3 ildə illik maliyyə dəyəri 5 milyard manat (təqribən 3 milyard ABŞ dolları) olan 3 sosial islahat paketi həyata keçirilib.