Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (30-12-2021, 09:40)
Paşinyan “Laçın yolu”nu niyə istəmir?

Paşinyan “Laçın yolu”nu niyə istəmir?
Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan dövlət başçısı İlham Əliyevin 14-15 dekabr 2021-ci il tarixində Brüssel görüşlərindən sonra iki mühüm mövzu gündəmə gəldi. Onlardan biri Paşinyanın Azərbaycanın digər hissəsi ilə Naxçıvan MR-i birləşdirən nəqliyyat kommunikasiyasına Ermənistan dövlətinin nəzarət edəcəyini bəyan etməsi idi. Digər mövzu isə Azərbaycan rəhbərinin bu bəyanata qarşılıq olaraq, Bakının da öz növbəsində Laçın dəhlizində gömrük və sərhəd nəzarəti həyata keçirəcəyi barədə fikirləri oldu.

Hər iki fikir müxtəlif subyektiv və obyektiv şərhlərə məruz qaldı, amma yenə də kimin nə dediyi və bunu hansı məqamda nəyə aid etdiyi bəlli olmadı. Üstündən az qala iki həftə ötməsinə baxmayaraq, tərəflər bir neçə müəmmalı müddəanın ətrafında var-gəl etməkdədir. Paşinyan daha sonra başqa bir dəqiqləşdirici bəyanat da verdi, amma niyəsə Azərbaycan hökuməti onu eşitmədi.

Paşinyanın iddiası nəyədir?

Ermənistan baş naziri Azərbaycanın iki ərazısini birləşdirmək üçün Ermənistandan keçən yola öz dövlətinin nəzarət etməsini istəyir. Burada qeyri-qanuni bir məsələ varmı? Yox. Üstəlik, hamıya bəllidir ki, bu yola nəzarət etmək iddiası Rusiyanın əsas planıdır. Kreml bu yola nəzarətlə həm lazım olanda onu bağlamaq üçün provokasiyalar törədib, hər iki ölkənin “ağsaqqalı”na çevrilə bilmək, həm də xalqların davasının torpaq yox, milli ayrı-seçkilik zəminində olduğunu sübut etmək üçün istifadə edəcək. Ermənistanda bunu bilməyən yoxdur. Azərbaycanda da həmçinin. Azərbaycan niyə Ermənistandan keçən yola Rusiyanın nəzarət etməsində maraqlı olmalıdır? Axı, biz Rusiyanı nəinki ölkəmizdə, heç regionda da arzulamamalıyıq. İstər formal, istər qeyri-səlis məntiq deyir ki, Rusiya nəhayətdə düşmənin müttəfiqidir. İndi düşmən öz müttəfiqini qovursa, biz buna niyə mane oluruq? Üstəlik, Rusiyanın Azərbaycanla Ermənistanın yeni bərpa olunan sərhədlərində törətdikləri yəqin ki, heç kimə sirr deyil. Əgər Paşinyan Rusiyanı bölgədən çıxarıb, baş verənlərə özü birbaşa məsuliyyət daşımaq istəyirsə, bizim maraqlarımız da bunu tələb etmirmi? Qarşımızdakı Rusiya deyil, Ermənistan olar.

Azərbaycan nə deyir?

İlham Əliyev deyir ki, Ermənistan kommunikasiyalara gömrük xidməti qoyacaqsa, biz də Laçın dəhlizində eyni işi görəcəyik. Burada qeyri-müəyyən bir məqam var. Əgər İlham Əliyev Gorusdan Laçına girişi nəzərdə tutursa, burada sərhəd nəzarəti çoxdan olmalı idi. Azərbaycan uzun zamandır bu addımı atmamaqla özünün sərhədlərinə tam nəzarəti həyata keçirməmiş qalıb. Yox, Şuşadan Xankəndinə olan yolu nəzərdə tutursa, o zaman yanlışa yol verir. Çünki bizim öz ərazimizin bir hissəsinə gedən yolda hər hansı daxili gömrük xidməti qoymağımız yanlış olar. Bu, o deməkdir ki, Ermənistan Naxçıvanı bizim anklav, Azərbaycan da Qarabağı Ermənistanın anklavı kimi qəbul edir. Bu isə yolverilməzdir.

Problem nədir?

Azərbaycan üçün çətinlik ondadır ki, Laçından girişə hər hansı nəzarətin tətbiq edilməsi üçün Ermənistanla deyil, Rusiya ilə danışmaq lazımdır. Bakı bunu edə biləcəkmi? Üstəlik, Paşinyan son günlərdə münaqişə ilə bağlı növbəti çıxışında Azərbaycanın ərazi bütövlüyünün Ermənistan və dünya tərəfindən 1991-ci ildə tanındığını deməklə, Rusiyanı da burada çətin vəziyyətə salıb. O, faktiki İrəvanın iddialarından geri çəkildiyinə və çəkiləcəyinə eyham vurmaqla Kremlin regiondakı fəaliyyətini təktərəfli zərurətə çevirib. Maraqlıdır ki, Azərbaycan tərəfi hələ də bu bəyanata cavab və ya qarşılıq verməyib.
Müəllif: Seymur Həzi
 //pressklub.az//
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024