Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-12-2021, 14:36)
"Universitetdə məni Dürdanə Əliyeva ilə tanış etdilər" - MƏHKƏMƏ

"Universitetdə məni Dürdanə Əliyeva ilə tanış etdilər"
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid, Bakı Slavyan universitetində qiyabi təhsil almaq üçün müraciət edən Dinara Əliyeva bildirib ki, Dürdanə Əliyeva 3 illik əlavə təhsil üçün ondan 6 min manat, sənədləşmə işləri üçün isə 100 manat alıb.

" Ali təhsil almaq üçün Bakı Slavyan Universitetinə müraciət etdim. Universitetdə məni Dürdanə Əliyeva ilə tanış etdilər. O mənə dedi ki, burada 3 il təhsil alacaqsınız, əvvəl Rusiyada, sonra BSU-ya köçürüləcəksiniz. Mən də olan pulu verdim ona. Bundan sonra mənə dedi ki, get arxayın ol, əlin-ayağın quru oturacaqsan evdə. Pulu şəxsən vərəndən sonra ondan qəbz istəyəndə mənə dedi ki, sənin nəyinə lazımdır qəbz, mən həll edəcəyəm.

Hətta həmin müddət ərzində Təhsil Nazirliyinin loqosu ilə mənə dərslər də gəlirdi.
Sonradan hər şey aydın olanda, universitetə gedəndə mənə dedilər ki, Dürdanə Əliyeva artıq burada işləmir. Bundan sonra qayınanam o vaxt rektor işləyən Nurlana Əliyeva ilə danışdı. Belə başa düşdük ki, bu iş birtərəfli olmayıb. İşdən çıxandan sonra Dürdanə xanım zənglərimə də cavab vermədi", - deyə şahid bildirib.

Daha sonra şahid qismində ixtisasartırma üçün universitetə müraciət edən Rəhimə Səfərovanın anası Nailə İsmayılova ifadə verib.

N.İsmayılova bildirib ki, təqsirləndirilən şəxs ondan 2200 manat pul istəyib, qızı isə 1000 manat verib: "Dürdanə Əliyeva bizdən 2200 manat istədi. Dedi 1000 manat indi verin, qalanını təhsil müddətində verə bilərsiniz. Dedi ki, pulu mənə şəxsən verməlisiniz. Mən də ondan soruşdum ki, 21-ci əsrdir bu necə olur? Qızım 1 il oxudu, amma diplom vermədilər. Sonradan universitetə gedib problemi deyəndə "işdir də olub" dedilər"".

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində təhsil almış Turanə Səbzəliyeva isə ixtisasartırma üçün Bakı Slavyan Universitetinə müraciət etdiyini və "Azərbaycan dili-Ədəbiyyat müəllimi ixtisası üzrə təhsil almaq istədiyini deyib:

Dürdanə Əliyeva məndən təhsil ödənişi üçün 1200 manat pul istədi. Dedi ki, bankomat işləmir, buna görə pulu ona verim. Mən də inandım. Necə inanmaya bilərdim axı?"

Hakim Əli Məmmədov da şahidin sözlərinə haqq qazandıraraq "vətəndaş haqlıdır, inzibati binadır, səlahiyyətli şəxs ilə danışıb, bu da inanıb" - deyib.

Dövlət ittihamçısı şahidin istintaqa verdiyi ifadə ilə hazırkı ifadəsi arasında ziddiyyət olduğunu bildirib.

Şahidin əvvəlki ifadəsi elan olunub.

T.Səbzəliyeva müstəntiqə verdiyi ifadəsində bildirib ki, Dürdanə Əliyeva ona 1300 manat verməli olduğunu deyib. Həmin pulu da o, iki dəfəyə verib:

"Avqust ayında Dürdanə Əliyevanın xidməti otağında ona 700 manat, oktyabrda isə 500 manat vermişəm. Sonralar eşitdim ki, universitetdə tələbələrin təhsil haqqında problemlər yaranıb. D.Əliyeva sonradan hesaba keçməyən pulu ödəyəcəyini desə də yenə də ödəmədi."

Şahidin ifadəsi zamanı son olaraq bəlli olub ki, 1200 manatı iki dəfəyə verib, bunun da 700 manatı hesaba keçib, 500 manatı keçməyib."

Şahid Lalə Abbaszadə isə ixtisasartırma üçün təqsirləndirilən şəxsə 1200 manat verdiyini deyib.

Şahid qeyd edib ki, Dürdanə Əliyeva ona universitetdə ödəniş terminalı işləmədiyini, buna görə də pulu ona verdiyini qeyd edib.

Proses dekabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024