Cəmiyyət (9-12-2021, 22:43)
Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
Dekabrın 9-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçlə görüşüb.
Axar.az xəbər verir ki, səfiri rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor iki ölkə arasında təhsil sahəsində əlaqələrin bundan sonra da inkişaf edəcəyinə inandığını diqqətə çatdırıb. ADU-da fəaliyyət göstərən Serb dili və Mədəniyyəti Mərkəzi haqqında danışan Kamal Abdulla Serbiya Prezidenti Aleksandr Vuçiçin səfərini xatırladıb, elmi əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini, müəllim-tələbə heyətinin qarşılıqlı elmi mübadiləsinin faydalı olacağını qeyd edib:
Görüşdə, həmçinin Azərbaycanın multikultural dəyərlərə sahib ölkə olması barədə müzakirə aparılıb, multikulturalizmin dövlət siyasəti olduğu vurğulanıb. Eyni zamanda hər iki ölkənin universitetlərində hazırlanan mütəxəssislərin beynəlxalq konfranslarda, elmi görüşlərdə, tədbirlərdə yüksək səviyyədə iştirak etdiyi xüsusi olaraq qeyd olunub.
Səfir xoş sözlərə görə rektora öz təşəkkürünü bildirib. Təhsil və mədəniyyət istiqamətində göstərilən dəstəyi yüksək dəyərləndirən qonaq, bundan sonra da əlaqələrin yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb:
“Birlikdə gördüyümüz və görəcəyimiz işlərin əhəmiyyəti həm elmi, həm də dostluq münasibətlərimiz üçün önəmli rol oynayır. Serb dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti bu işlərin əsas göstəricilərindən biridir. Bizim maraqlarımız həm burada təhsil alan tələbələrin, həm də Serbiyada təhsil alan tələbələrin maraqları dairəsindədir. İkitərəfli münasibətlərimizdən danışanda mütləq qeyd etməliyik ki, bu, qardaşlıq münasibətidir”.
Səfir işğaldan azad olunmuş torpaqlara səfərindən söhbət açıb. Ağdam və Şuşa səfərinin unudulmaz bir xatirəyə çevrildiyini, Qarabağın füsunkar təbiətə malik olduğunu söyləyib. Serbiyanın Azərbaycan həqiqətlərini dəstəklədiyi və bundan sonra da dəstəkləyəcəyi vurğulanıb.
Daha sonra Draqan Vladisavlyeviç ADU-nun Serb dili və Mədəniyyəti Mərkəzinə baş çəkib, tələbələrlə görüşüb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024