Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (1-12-2021, 10:00)
Azərbaycan Avropa Məhkəməsinin pul cəriməsi siyahısında “öndədir” - NİYƏ?

Azərbaycan Avropa Məhkəməsinin pul cəriməsi siyahısında “öndədir”
Avropa İnsan Hüquqları Məhkəməsi 2011-ci ildən 2021-ci ilin sentyabr ayınadək qəbul etdiyi qərarlar üzrə kəsilən təzminatın statistikasını açıqlayıb. Məlumata görə, həmin müddətdə Rusiya dövlətinin boynuna 1 milyard 985 milyon avro təzminat ödəmək öhdəliyi qoyulub. İtaliya 293,3 milyon avro təzminat öhdəliyi ilə ikinci, Türkiyə 205,3 milyon avro ilə üçüncüdür. Azərbaycan da siyahıda Cənubi Qafqaz ölkələrini (Gürcüstan - 1,2 milyon avro, Ermənistan - 3,8 milyon avro) “qabaqlayır”. Ölkəmiz indiyədək 5,4 milyon avro cərimələnib.

Avropa Məhkəməsinin Azərbaycan əleyhinə çıxardığı qərarların səbəbi bir sıra hallarda hakimlərin işə ciddi baxmaması, prosedurlara, beynəlxalq konvensiyaların tələblərinə əməl etməməsidir. Son nəticədə isə bu cür qərarların bədəlini Azərbaycan dövləti ödəyir. Üstəlik, bu cür qərarlar dövlətin imicini də zədələyir. Vaxtilə hətta Milli Məclisdə belə təklif səslənmişdi ki, təyin edilən cəriməni həmin işlə bağlı Azərbaycan məhkəmələrində prosedur qaydalarını pozmaqla qərar çıxarmış hakimlər ödəməlidir.

Niyə məhkəmə-hüquq sahəsində qəbul edilmiş qərarlar və islahatlar Azərbaycanla bağlı Avropa Məhkəməsinə gedən işlərin sayına təsir etmir?

Hüquq müdafiəçisi Əhməd Şahidov “Yeni Müsavat”a bildirdi ki, bu məsələdə obyektiv və subyektiv səbəblər var: “Obyektiv səbəb ondan ibarətdir ki, Azərbaycan əhali sayına görə həm Gürcüstandan, həm də Ermənistandan bir neçə dəfə böyükdür, təbii ki, Avropa Məhkəməsinə şikayətlər də bu səbəbdən çoxdur. Subyektiv məqamlar isə ondan ibarətdir ki, illərdir Azərbaycan məhkəmə sistemində, ədliyyə sistemində müəyyən islahatlar aparılsa da, yenə də Azərbaycan vətəndaşının yerli məhkəmələrə etibarı, inamı tam deyil. Yenə də məhkəmələrdə müəyyən süründürməçilik var, yenə də bəzi vəkillərlə hakimlərin iş birliyi halları yaşanır, hələ də Azərbaycanda məhkəmə instansiyası, hakim ədalət rəmzi kimi qəbul olunmur. Ona görə də insanlar yerli məhkəmələrdə öz haqlarını müdafiə edə bilməyəndə, ədalətsizliklə üzləşəndə daha yuxarı instansiyalara, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edirlər. Bu müraciətlərin bir qismi siyasi məsələlərlə bağlıdır. Siyasi məsələlərlə bağlı məhkəmələrdə qəbul olunan qərarlar sonradan Azərbaycan dövlətinə qarşı yönəlir, dövlət külli miqdarda maliyyə cərimələri ödəmək məcburiyyətində qalır. Hakimlərin həmin cərimələri ödəməsi də çıxış yolu deyil. Çıxış yolu məhkəmə-hüquq sistemində daha şəffaf və daha geniş islahatların aparılmasından, hakimlərin sözün həqiqi mənasında müstəqil olmasından keçir. Hakim hansısa vəzifəli şəxslərdən, dövlət qurumundan göstərişlə qərar verməməlidir. Təəssüflər olsun ki, Azərbaycanda hələ də hakimlər, məhkəmə sistemi tam müstəqil deyil. Nəticədə Avropa Məhkəməsində maliyyə cəriməsi kəsilən dövlətlər sırasında ön yerlərə çıxırıq”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024