27 sentyabr Vətən müharibəsi şəhidlərinin anım günü ərəfəsində, Bakı şəhəri, Əhmədli qəsəbəsi, eləcə də Seyid Əzim Şirvani küçəsi - 9 ünvanında Cəbrayıl rayonunun Balyand kəndindən olan məcburi köçkün, ehtiyatda olan polkovnik Zakir Vəliyevin təşəbüsü və şəxsi vəsaiti ilə "Şəhidlər xatirə bulağı"nın açılışı olub.
Mediatv.az-ın məlumatına görə, tədbir Cəbrayıl rayon Ağsaqqallar şurasının təşkilatçılığı ilə baş tutub.
Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iştirak edən Cəbrayıl rayon İcra hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev çıxışı zamanı bildirib ki, belə tədbirlər gənclərin hərbi vətənpərlik ruhunda tərbiyəsində böyük əhəmiyyət daşıyır:
"Azərbaycanda son 250 ildə itirdiyimiz torpaqlar heç vaxt geri qaytarılmayıb. 44 günlük Vətən müharibəsi dövründə qzandığımız möhtəşəm zəfər, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti, müqqədəs şəhidlərimizin qəhramanlığı, qazilərimizin hünəri sayəsində baş tutdu. Biz məğlub ölkədən, qalib ölkəyə çevrildik".