Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (21-09-2021, 21:38)
Prezidentin 5 milyonluq sərəncamından bir ay sonra 1,5 milyon mənimsəyib

Prezidentin 5 milyonluq sərəncamından bir ay sonra 1,5 milyon mənimsəyib


Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə V.Səfərli dövlət ittihamçısının suallarını cavablandırıb:

“Jurnalist müsabiqələrinin mükafatlandırma mərasimlərinə nazirlər, nazir müavinləri, icra başçıları, dövlət və qeyri-hökumət təşkilatlarının rəsmiləri, millət vəkilləri, nazirlik və komitə rəhbərləri, digər rəsmi şəxslər dəvət olunurdu. Amma bəzən çağırılan şəxslər tədbirlərə gəlmirdi. Ona görə də qonaqların sayı siyahıda yazılandan az olurdu.

Bundan başqa tədbirlərə televiziya çəkilişləri üçün texniki işçilər dəvət edilirdi.  Hər tədbirdə təkcə  AZTV-dən 10-15 işçi gəlirdi. Onlar başqa zalda əyləşirdilər.

Dövlət Satınalma Agentliyi bu cür tədbirlərdə bir nəfərlik xərcin məbləğini maksimum 60 manat müəyyən edib. Amma bundan bizim xəbərimiz olmayıb. 
Məsələn, Xəmsə restoranında keçirilən tədbirdən birində müəyyən olunan vəsaitdən 6 min 100 manat artıq qaldı. Həmin məbləğ tədbirdən sonra büdcəyə qaytarıldı".

Prokuror bildirib ki, V.Səfərli 2016-cı ildən etibarən bank hesabına müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 75 min manat pul qoyub. Dövlət ittihamçısı bu vəsaitin haradan gəldəyini soruşub. 

V.Səfərli göstərilən rəqəmin düzgün olmadığını bildirib: “Mən mütəmadi olaraq hesabıma pul çıxarıb qoymuşam. Amma istintaq çıxardığım məbləği yox, yalnız daxil etdiyim məbləği üst-üstə gələrək hesablayıb”.

Qeyd edək ki, bu fakt üzrə V.Səfərli öz bank hesabına ən böyük daxiletməni 2017-ci ilin 17 avqustunda həyata keçirib. O bank hesabına bir dəfəyə 1,5 milyon manat daxil edib. Maraqlıdır ki, məhz bu tarixdən bir qədər öncə - 19 iyulda Prezident İlham Əliyevin Sərəncamı ilə jurnalistlər üçün növbəti binanın tikintisinə görə KİVDF-ə 5 milyon manat ayrılıb.

“Devalvasiyadan əvvəl mənim bank hesabımda biznesdən qazandığım pullar var idi. Bazarı bilən dost-tanışların tövsiyəsi ilə həmin pulları devalvasiyadan qabaq bankdan çıxartdım. Devalvasiyadan qazanclı çıxdım. Bir müddət dollar kimi pulu bankda saxlayandan sonra faiz az olduğu üçün çıxardım. Manat sabitləşəndən sonra həmin məbləği manatla yenidən banka qoydum. Müstəntiq isə bunu yeyinti kimi qeyd edib. Müstəntiq normal istintaq aparmayıb” - deyə keçmiş sədr bildirib.

Prosesdə ifadə verən təqsirləndirilən şəxs, KİVDF-nin mühasibi Təhminə Yaqubova isə bildirib ki, 2011-ci ildən KİVDF-də işləyib:

"Mən orada yalnız xərclər smetasına uyğun maliyyə əməliyyatları aparmışam. Əlimdəki qaimələrə əsasən ödəniş etmişəm. Bəlkə də mənim xərclərin təyinatı üzrə xərclənməsinə müdaxilə etmək ixtiyarım var idi. Amma müdaxilə etmirdim. Çünki mühasib qərar vermir, tapşırıqları icra edir. Hesabatlar, jurnalistlərə verilən mükafatlar, işçilətin əmək haqqının hesablanması və s. işlər görmüşəm”.

T.Yaqubova istintaqda ondan Əli Həsənov barədə soruşduqlarını bildirib:

“Mən Əli müəllimi tanımamışam, sadəcə uzaqdan görmüşəm. İstintaq mənim KİVDF-nin işçiləri ilə əlbir olduğumu göstərir, mən heç təqsirləndirilən şəxslərin əksəriyyətini tanımıram. Özüm 17 il kirayələrdə qalmışam, evim olmayıb".

Proses oktyabrın 1-də davam edəcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024