Cəmiyyət (25-07-2020, 15:02)
Ukraynada azərbaycanlı tələbələrə atəş açıldı - Fotolar + Video
Ötən gün axşam Ukraynanın paytaxtı Kiyevdə dörd azərbaycanlı tələbəyə atəş açılıb, onlardan ikisi yaralanıb.
Mediatv.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov məlumat verib. O qeyd edib ki, Kiyev polisi məsələni ciddi şəkildə araşdırır:
"Hadisənin hələ ki kim tərəfindən törədildiyi məlum deyil. Tələbələr hadisədən yarım saat sonra bizə məlumat verib. Biz də 1 saat sonra həmin yerə getmişik. Onlardan birinin ayağı sıyrılıb, digəri isə budundan yaralanıb. Təcili yardım maşınında həmin tələbələr diaspor işçilərinin iştirakıyla xəstəxanaya aparıldılar. Hazırda budundan yaralanan tələbənin vəziyyəti yaxşıdır. Digər tələbə isə evə buraxılıb. Hadisə şahidlərindən məsələnin məğzini öyrənməyə çalışdıq. Onları kimin vurduğu bəlli deyil. Ancaq hadisə yerində Ermənistan dövlət nömrə nişanlı avtomobil olub. Sonradan öyrəndik ki, qəsdən azərbaycanlılara xəsarət yetirmək planı olmayıb. Yaxud da bizimkilərin belə planı olmayıb. Bu təsadüfən baş vermiş hadisədir. Hazırda diaspor təşkilatı olaraq əlimizdən gələni edirik ki, burdakı təxribatların qarşısını alaq. Vəziyyətin nəzarətdən çıxmasını istəmirik. Biz səhər 6- ya kimi tələbələrin yanında olmuşuq. Bu gün səhər səfirliyin işçiləri də onlara baş çəkib. Vəziyyət hazırda nəzarət altındadır".
Ukrayna mətbuatının yazdığına görə, insident "Montekki və Kapuletti" restoranının yaxınlığında baş verib. 50 RV 100 dövlət nömrə nişanlı “Mercedes- Gelenvagen” markalı avtomobildən açılan atəş nəticəsində yaralanan tələbələr Nicat Kərimov və 2000-ci il təvəllüdlü Azər Abbasovdur.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024