Cəmiyyət (24-06-2020, 13:25)
Azərbaycanda audiovizual industriyanın problemləri AÇIQLANDI
Azərbaycanda audiovizual industriyasında 2019-cu ilin göstəriciləri analiz ediilb, cari vəziyyət, proqnozlar və vəzifələr açıqlanıb.
Mediatv.az Milli Televiziya və Radio Şurasına istinadən xəbər verir ki, ölkənin audiovizual industriyasında 120-dən çox subyekt fəaliyyət göstərir və onların fəaliyyət sahələri üzrə bölgüsü aşağıdakı kimidir:
Televiziya – 25 televiziya kanalı
Radio – 16 radio kanal
Reklam sektoru – 15 fəal reklam agentliyi
Müstəqil audiovizual məhsul istehsalçıları – televiziya sahəsində fəaliyyət göstərən, həmçinin, radio proqram və internet istifadəçiləri üçün video məzmun hazırlayan 14 prodüser qrupu
Ödənişli televiziya xidməti – 49 lisenziyalaşdırılmış operator
Televiziya
Azərbaycanda 25 yerli televiziya kanalı fəaliyyət göstərir:
• Yerüstü, peyk və kabel üsulu ilə yayımlanan ümümölkə televiziya kanalları – 12 telekanal:
1. AZTV
2. Mədəniyyət TV
3. İdman TV
4. İTV
5. Lider TV
6. Space TV
7. ATV
8. Xəzər TV
9. Real TV
10. ARB TV
11. ARB 24
12. CBC Sport TV
• Peyk yayımı həyata keçirən, tam və ya qismən olaraq ödənişli TV operatorlarının şəbəkələrində yayımlanan televiziya kanalları – 3 telekanal:
1. Dalğa TV
2. CBC
3. Muz TV Azərbaycan
• Yerüstü və peyk yayımı həyata keçirən, tam və ya qismən ödənişli TV operatorlarının şəbəkələrində yayımlanan, regional televiziya kanalları - 2 telekanal:
1. Dünya TV (Sumqayıt)
2. ARB Günəş (Xaçmaz)
• Yerüstü yayım həyata keçirən, tam və ya qismən ödənişli TV operatorlarının şəbəkələrində yayımlanan, regional televiziya kanalları - 8 telekanal:
1. Kəpəz TV (Gəncə)
2. ARB Aran (Yevlax)
3. ARB Şəki (Şəki)
4. ARB Cənub (Lənkəran)
5. ARB Şimal (Xaçmaz)
6. Qafqaz TV (Quba)
7. Naxçıvan TV (Naxçıvan)
8. Kanal 35 (Naxçıvan)
Yayım üsulundan asılı olmayaraq 8 telekanal tematik (janrlı) formatda yayım aparır:
İdman kanalları – İdman TV, CBC Sport TV
Mədəni-maarif kanalı – Mədəniyyət TV
Xəbər kanalları - Real TV, ARB 24
Kino və serial kanalı - Dalğa TV
Uşaq kanalı – ARB Günəş
Musiqi kanalı - Muz TV Azərbaycan
Radio
Ölkə ərazisində 15 radio kanal fəaliyyət göstərir:
1. Azərbaycan Radiosu
2. İctimai Radio
3. Space Radiosu
4. Jazz FM
5. Azad Azərbaycan Radiosu
6. 106FM Radiosu
7. 100.5 FM Radiosu
8. Xəzər Radiosu
9. Araz Radiosu
10. Antenn FM
11. Media FM
12. ASAN Radio
13. Avto FM
14. Kəpəz FM
15. Naxçıvan Radiosu
16. Naxçıvanın səsi
Ödənişli televiziya xidmətləri
Azərbaycanda ödənişli televiziya xidmətləri göstərən lisenziyalaşdırılmış 49 şirkət fəaliyyət göstərir. Onlardan 6-sı müqayisədə böyük abonent bazasına malikdir:
1. KATV1
2. Ailə TV
3. Konnekt TV
4. BBTV
5. City Net
6. ATV Plus
Televiziya və radio kanallarda reklamın yerləşdirilməsində ixtisaslaşan reklam agentlikləri
Audiovizual xidmətlərin təqdim olunması ilə reklamın yerləşdirilməsi sahəsində yerli və xarici reklam vericilərə xidmət göstərən 15 fəal reklam agentliyi mövcuddur:
1. AA&M
2. Banner Group
3. McCann Azerbaijan
4. Havas
5. Marketing Communications Azerbaijan
6. Azerbaijan Media Exchange
7. Publicis Media
8. Times Consulting
9. Adcity
10. Bulud Media
11. Baku Media
12. Admedia
13. BHB Strategic Media Agency
14. Instinct
15. OMM/ Carat Azerbaijan
Müstəqil audiovizual məhsul istehsalçıları
2019-cu il ərzində televiziya proqramlarının, serialların istehsalı və televiziya avadanlıqlarının icarəsi sahəsində müxtəlif fəallıq dərəcəsi ilə aşağıdakı prodüser qrupları fəaliyyət göstərmişdir:
1. Azeri Production
2. Media Master
3. SOY Production
4. Oscar Film
5. MZ Production
6. Pozitiv Media
7. ILK Media
8. KO Mediagroup
9. IŞ Media
10. M Group Production
11. Ben Production
12. Game TV
13. İZ Production
14. Baku Art Lab
Ümumi statistik göstəricilər, industriya subyektlərinin iqtisadi vəziyyəti, telebaxışlar üzrə məlumatlar
2020-ci ilin aprel ayına olan məlumata görə, Azərbaycanın audiovizual industriyasında 7500-dən çox işçi qüvvəsi çalışır. Onlardan təxmini 4800 nəfəri televiziya işçisi kimi, 2000-dən çox insan ödənişli televiziya operatorlarının əməkdaşı, 400-ə yaxın şəxs isə radio sahəsi əməkdaşı kimi fəaliyyət göstərir. Televiziya və radio sahəsində işləyən 600-ə yaxın əməkdaş regionlarda yaşayır və işləyir.
Əvvəlki illərdə olduğu kimi, dövlət və özəl sektor maarifləndirici və informasiya yayımları həyata keçirən telekanallara, o cümlədən, regional telekanallara dəstək göstərməkdə davam edir.
Dörd televiziya kanalının gəlirləri tam olaraq, daha iki kanalın gəlirləri isə qismən kommersiya reklamının satışından əldə olunan gəlirlər hesabına formalaşır.
2019-cu ildə televiziya və radio kanalların maliyyələşdirilməsinə ayrılan ümumi dotasiyaların məbləği 76 milyon manat təşkil etmişdir ki, bu məbləğin 20 milyon manata yaxın hissəsi kommersiya strukturlarının dotasiyaları olmuşdir.
Televiziya və radio kanallarının kommersiya fəaliyyəti nəticəsində ümumən 31 milyon manat gəlir əldə olunmuşdur ki, bu məbləğin 26 milyon manatı televiziya reklamının, 5 milyon manatı isə radio reklamının payına düşür.
2019-cu il ərzində reklam vasitəsilə 2 milyondan çox gəlir əldə etmiş şirkətlərin sayı 4 olmuşdur. Bu şirkətlərin reklamdan əldə etdikləri gəlir televiziya və radio reklam bazarının ümumi həcminin 80%-ni təşkil etmişdir.
2019-cu il ərzində prodüser qrupları televiziya kanallarından 7 milyon 800 min manat cəlb etmişlər ki, bu məbləğin 7 milyon 450 min manatı (95%-dən çoxu) serial istehsalına sərf olunmuşdur. Bununla yanaşı, yerli serialların çəkilişinə xərclənən məbləğin 90%-dən çoxu dövlətdən və kommersiya strukturlarından dotasiya almayan 3 özəl telekanal tərəfindən cəlb olunmuşdur.
Televiziya və radio kanallarının il ərzində ən böyük xərcləri əməkdaşların məvacib fondunun saxlanılmasını (50 milyon manata yaxın), həmçinin, yerüstü və peyk yayımının təmin olunması üçün çəkilən xərcləri (17 milyon manata yaxın) əhatə edir.
Azərbaycanda televiziya reytinqlərinin ölçülməsini həyata keçirən beynəlxalq AGB Nielson şirkətinin nümayəndəliyi fəaliyyət göstərir. Auditoriyanın ölçülməsi, əsasən, kabel televiziyasına abunəliyi olan 180 ailədə televiziyaya baxış fəaliyyətinin monitorinqi əsasında aparılır. Bu göstərici eyni əhali sayı olan ölkələr üçün tətbiq olunan məcburi minimum (400-500 ailə) göstəricidən xeyli aşağı olduğundan Azərbaycanda ölçmələrin keyfiyyətinə mənfi təsir edir. Qeyd olunmalıdır ki, beynəlxalq audit şirkətlərinin tövsiyələrinə əsasən, Azərbaycan qədər əhalisi olan ölkələrdə keyfiyyətli teleölçmələr aparmaq üçün 800-1000 ailəni əhatə edən ölçmə paneli tələb olunur. Buna baxmayaraq, hazırda ölçmələr aparılan ailə sayından uzunmüddətli müşahidələr əsasında alınan məlumatlarla da televiziyaya baxış haqqında ümumi qiymətləndirmə aparmaq olar. Belə ki, 2019-cu ildə səhər 7-dən gecə yarısına kimi olan müddətdə televiziyaya baxış 3 saat 46 dəqiqə olmuşdur ki, bu da, dünyada olan televiziyaya baxış rəqəmləri ilə eynilik təşkil edir. Televiziyaya baxışın 2 saat 14 dəqiqəsi ümumi olaraq 2019-cu ildə ölçmələri aparılan televiziya kanallarına (ATV, Xəzər, ARB, Space, İTV, Real, Lider) baxış təşkil etmiş, 1 saat 32 dəqiqəsi isə xarici televiziya kanallarının və agentlik tərəfdən ölçmələri aparılmayan yerli kanalların baxışına aid olmuşdur.
Azərbaycanda ödənişli televiziya xidməti təqribi olaraq 300000 ailə və ya əhalinin 12%-i tərəfindən istehlak olunur. Əhalinin 80%-ə yaxını televiziya siqnalını peyk antennaları vasitəsilə qəbul edir, 8-10% arası əhali isə ev antennalarından istifadə etməklə yerüstü yayımdan bəhrələnir.
Azərbaycanın audiovizual industriyasının mövcud problemləri
Audiovizual industriya subyektlərinin vəziyyətinin daha təfsilatlı analizi göstərir ki, bu sahənin inkişaf templəri son illər Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafın ümumi templərinə uyğun gəlmir.
İndustriyann inkişafını məhdudlaşdıran ciddi faktorlardan biri köhnəlmiş qanunvericilik bazasıdır ki, onun yenilənməsi üzərində iş Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2020-ci il üçün əsas vəzifələrindəndir.
Televiziya reytinqlərinin keyfiyyətli ölçmələrinin və radio kanalların fəaliyyətinin ölçmə mexanizmlərinin ümumən olmaması da sahənin inkişafına neqativ təsir edir.
2019-cu ildə ölkədə təsbit olunan reklam bazarının həcmi Azərbaycanda istehlak səviyyəsinə nisbətdə müqayisə olunmayacaq dərəcədə aşağı, eyni istehlak bazarı olan ölkələrlə müqayisədə isə əhəmiyyətli dərəcədə aşağıdır. Bundan başqa, COVİD-19 pandemiyası nəticəsində əhalinin iqtisadi fəallığının azalması karantin tədbirlərinin davamlılığından asılı olaraq 2020-ci il üçün televiziya və radio reklamı bazarının 15%-dən 30%-dək tənəzzülü gözlənilir.
Ödənişli televiziya xidməti sektorunda abonent bazasının cüzi azalması trendi müşahidə olunur. Bunun əsas səbəbləri xarici kanalların peyk antennaları vasitəsilə ödənişsiz baxılmasının geniş yayılması, sahənin tam tənzimlənməməsi səbəbindən ödənişli televiziya xidməti göstərən qeyri-leqal provayderlərin aktivliyi, ayrı-ayrı hallarda siqnalın son istifadəçiyə çatdırılmasında mənzil-tikinti kooperativləri (MTK) tərəfindən yaradılan texniki problemlərin mövcudluğudur.
İndustriyanın ən az inkişaf etmiş seqmenti isə, serial istehsalı istisna olmaqla, müstəqil prodüser qrupları tərəfindən televiziya məzmununun istehsalıdır. Sektorun zəif inkişafının əsas səbəbi uzun illər efir vaxtının prodüser qrupları tərəfindən alınması kimi neqativ praktikanın olmasıdır.
2018-2020-ci illərdə həyata keçirilən iqtisadi islahatların nəticəsi kimi əməkdaşlar ilə şirkətlər arasında əmək münasibətlərinin, həmçinin, kommersiya gəlirlərinin leqallaşdırılması 2019-2020-ci illərdə industriyada müşahidə olunan müsbət trenddir.
Yuxarıda qeyd olunan problemlərin həlli demoqrafik və sosial-iqtisadi cəhətdən Azərbaycanla müqayisə oluna biləcək ölkələrdə sektorun inkişafının müsbət təcrübəsinin öyrənilməsinə əsaslanan operativ, kompleks və peşəkar yanaşmanı tələb edir. Bununla yanaşı, beynəlxalq təcrübənin tətbiqi mütləq surətdə yerli spesifikanı nəzərə alınması ilə, mərhələli şəkildə və dövlətin dəstəyi ilə həyata keçirilməlidir.
Milli Televiziya və Radio Şurası Azərbaycanda audiovizual industriyanın davamlı inkişafına nail olmaq məqsədilə qeyd olunan problemlərin həlli istiqamətində ciddi fəaliyyət göstərir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024