Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-06-2020, 14:08)
Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı həkimdən AÇIQLAMA

 “Bəhram Bağırzadənin vəziyyəti ağır-sabit olaraq qalır”.
Bunu  COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.
O bildirib ki, səhər saatlarına olan nəticələr, təəssüf ki, ürəkaçan deyil: “Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində müsbət dəyişikliklər yoxdur. Analizlərin cavabları qənaətbəxşdir. Düşünürəm ki, vaxtın uzanması bu vəziyyətdə bizim üçün qazancdır. Hər birimiz qısa zamanda əməkdar artistin vəziyyəti ilə bağlı xoş xəbərlər paylaşmaq istəyirik. Əfsuslar olsun ki, hələlik buna nail ola bilməmişik”.
Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. Vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Həkimlər B.Bağırzadənin ağciyər toxumasının 90 faizindən çoxunun zədələndiyini bildirərək, onun ECMO cihazına qoşulmasına qərar veriblər. B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024