Cəmiyyət (14-06-2020, 13:14)
Sabahın havası açıqlandı
Azərbaycanda iyunun 15-nə gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Mediatv.az-a verilən məlumata görə, 15 iyunda Bakıda və Abşeron yarımadasında havanın gün ərzində günəşli olacağı gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.
15 iyunda Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-21, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026


























