Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (27-01-2020, 07:43)
Tərtər ayağa qalxdı: Sahib Alıyevi istəmirik

 5 saylı Tərtər seçki dairəsindən Sahib Alıyevin deputatlığa namizəd olması böyük etirazlarla qarşılanıb.

Reportyor.info-nun xəbərinə görə, xeyli sayda tərtərli rayonda toplaşaraq S.Alıyevin namizədliyinin ləğv olunmasını tələb ediblər.

Onların sözlərinə görə, Tərtər camaatının tanımadığı S.Alıyev təzədən deputat olmaq istəyir və onu rayon icra başçısı Müstəqim Məmmədovdan başqa bu regionda dəstəkləyən yoxdur.

Tərtərli seçicilər prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevaya müraciət edərək əhalinin səsinin eşidilməsini istəyiblər.

Seçicilər bildirirlər ki, ötən çağırışda S.Alıyev nə camaatla görüşüb, nə problemlərlə maraqlanıb, nə parlamentdə ciddi fəaliyyəti olub.

Bu dairədə əsas reytinqli namizədlərdən biri Ümid Partiyasının sədr müavini Tamilla Qulamidir. Şəhid övladı olan T.Qulami Tərtər seçicilərindən ciddi dəstək almaqdadır.

Düşmənlə üzbəüz yaşayan qəhrəman tərtərlilərin deputatı yalnız müharibənin əzablarını görmüş, atası şəhidlik zirvəsinə ucalmış bir namizəd ola bilər. S.Alıyev isə seçicilərinə qarşı həmişə biganə olub.

Tərtər əhalisi də deputatını yaxşı tanımır. S.Alıyev yalnız Lider TV-də baxımsız bir verilişin aparıcısı kimi tez-tez efirdə görünüb.

Milli Məclisdə isə fəal, qanun layihələri təqdim edən, seçici ilə görüşən, problemini dinləyən millət vəkili olmalıdır.

Xüsusən də söhbət cəbhə bölgəsindən gedirsə, Tərtər kimi strateji yerin deputatı işləyən, aktiv olmalıdır. S.Alıyev parlamentdə “Niyə kabab çəkmək üçün şiş istehsal olunmur” sözü ilə yadda qalıb…

Video Oynadıcı
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024