Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-01-2020, 11:00)
Nazirlər Kabineti: Zəlzələ zonasından Naxçıvana gətirilən tələbələr təyyarə ilə Bakıya yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyyə olunması istiqamətində tədbirlər görülür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələri və digər Azərbaycan vətəndaşlarını Naxçıvana aparmaq üçün 3 avtobus ayrılıb.
Elazığdan çıxan və əsasən tələbələrin olduğu birinci avtobus Naxçıvan sərhədi istiqamətində yola çıxıb, hazırda Ərzurumu keçərək Naxçıvanla sərhədə yaxınlaşır. Elazığ və Malatyadan ümumilikdə 41 nəfəri götürən ikinci avtobus hazırda Bingölü keçib.  


Naxçıvandan zəlzələ zonasına göndərilən üçüncü avtobus isə hazırda İğdırdadır və 1 saata Elazığda olacaq. Üçüncü avtobusla Elazığda qalan 15-ə qədər  Azərbaycan vətəndaşı Naxçıvana gətiriləcək.

Tələbələr Prezident İlham Əliyevə göstərdiyi qayğı və dəstəyə görə təşəkkürlərini bildiriblər.

Avtobusla Naxçıvana gətiriləcək tələbələr daha sonra təyyarə vasitəsilə Naxçıvandan Bakıya gətiriləcəklər.

Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının rəhbərliyi məsələni diqqətdə saxlayacaq.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024